BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
168 17-04-2019

BDU-da “Springer Nature Author Workshop” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universitetində “Springer Nature Author Workshop” mövzusunda seminar keçirilib. BDU və “Springer Nature” beynəlxalq nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilən müəllif seminarında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, universitetin professor-müəllim heyəti, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.
Rektor Elçin Babayev dünyanın nüfuzlu jurnallarını çap edən, bütün tədqiqatlar icmasına yüksək xidmət göstərən “Springer-Nature” nəşriyyatı haqqında məlumat verib, məqsədinin elmi tədqiqatların inkişafını təmin etmək və tədqiqatçıların nəticələrinin nəşr olunmasına kömək etmək olduğunu söyləyib. 
Azərbaycanda aparılan elmi tədqiqatların beynəlxalq miqyasda əhəmiyyətindən, elmi nəticələrin aparıcı və impakt – faktorlu jurnallarda çapından danışan rektor elmi məqalələrin müasir standartlara uyğun, aydın və dolğun şəkildə yazılmasının xüsusi önəm kəsb etdiyini, “Springer-Nature” nəşriyyatı ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb. Universitetin təbiət və humanitar profilli jurnallarının beynəlxalq standartlara və müasir tələblərə cavab verəcək səviyyəyə qaldırılması, “Springer-Nature” şirkəti və digər bu kimi nəşriyyatlarla əməkdaşlıq edilməsi istiqamətində fikirlərini bölüşüb. Eyni zamanda, məqalələrin düzgün tərtibi, rəqabət apara biləcək nəticənin alınması və alimləri aldatmaq məqsədilə yaradılmış “yırtıcı jurnallar”ın ayırd edilməsi, nüfuzlu jurnal seçimi barədə də danışıb. 
“Springer-Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle təmsil etdiyi qurumun tədqiqatçıların və mütəxəssislərin ehtiyaclarına xidmət edən dünyanın aparıcı akademik nəşriyyatı olduğunu söyləyib. Azərbaycandan “Springer-Nature” nəşriyyatına ən çox məqalənin fizika, kimya və riyaziyyat sahələrindən təqdim edildiyini söyləyən Merve Okur Karagülle çap olunmuş nüfuz sayına görə Təhsil Nazirliyinin, o cümlədən 565 məqalə ilə Bakı Dövlət Universitetinin ən öncül sıralarda olduğunu bildirib. 
“Springer-Nature” şirkətinin regional direktoru Şahin Giray isə birgə əməkdaşlıq, effektiv əlaqələndirmə, elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim xarakterli seminar keçirib. 
Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və seminarın davamlı olması qərara alınıb. 
 Mətbuat və informasiya şöbəsi, 17 aprel 2019-cu il.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub