BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 sentyabr 1919-cu il - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti (2 fakültə ilə - Tibb və Tarix-filologiya) təsis edilib. 1 sentyabr 1943-cü il - Geologiya-coğrafiya fakültəsi yaradılıb.1 sentyabr 1962-ci il - Kitabxanaçılıq fakültəsi müstəqil fəaliyyətə başlayıb.2 sentyabr 1938-ci il - Faydalı qazıntılar kafedrasının müdiri (1986-cı ildən), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vasif Məmməd Ağa oğlu Babazadə anadan olub. 2 sentyabr 1997-ci il - BDU-da Magistratura pilləsinə ilk dəfə qəbul keçirilib.3 sentyabr 2010-cu il - Rusiya Federasiyasının Prezidenti Dmitri Anatolyeviç Medvedev BDU-nun Fəxri doktoru seçilib.6 sentyabr 1964-cü il - indiki əsas tədris korpusu qismən istifadəyə verilib.7 sentyabr 2001-ci il - Türkiyənin “Doğan” Şirkətlər Qrupunun prezidenti Aydın Doğan BDU-nun Fəxri doktoru seçilib.7 sentyabr 2009-cu il - BDU-da Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 22-ci qurultayı keşirilib.8 sentyabr 1919-cu il - Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edib. 9 sentyabr 1921-ci il - Astrofizika kafedrasının müdiri (1975-1992), AMEA-nın müxbir üzvü, professor Rəhim Əyyub oğlu Hüseynov (1921-2012) anadan olub.10 sentyabr 1933-cü il -Biofizika kafedrasının müdiri (1976-1993), professor Tofiq Hüseyn oğlu Məmmədov (1933-1993) anadan olub.13 sentyabr 1909-cu il - Ümumi dilçilik kafedrasının müdiri (1940-1951), Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) anadan olub. 13 sentyabr 2002-ci il - Rektor, akademik Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının prezidenti (2002-2004) seçilib.13 sentyabr 2012-ci il - BDU-da Yunus Əmrə İnstitutu açılıb.15 sentyabr 1922-ci - Ümumi fizika kafedrasının professoru (1950-1980), Əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov (1922-1980) anadan olub. 15 sentyabr 2006-cı il - BDU-da Boloniya sisteminin tətbiqinə başlanıb.15 sentyabr 2008-ci il - Ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olub.15 sentyabr 2010-cu il - BDU-da “Avtomaşlaşdırılmış Meteo stansiya” istifadəyə verilib. 17 sentyabr 1929-cu il - BDU-nun prorektoru (1988-1994), Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiri(1994-2017), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) anadan olub.18 sentyabr 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. 19 sentyabr 1921-ci il - BDU-da Həmkarlar İttifaqının Yerli Komitəsi (indiki HİK) yaradılıb. 20 sentyabr 1907-ci il - Mexanika-riyaziyyat fakültəsinin dekanı (1953-1965), Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri (1939-1965), Əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1980) anadan olub.20 sentyabr 1928-ci il - BDU-nun rektoru (1993-1996), Beynəlxalq hüquq (1960-1965) və Konstitusiya hüququ kafedralarının müdiri (1965-2012), Milli Məclisin sədri (1996-2005), Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov (1928-2012) anadan olub. 20 sentyabr 1929-cu il - Politologiya və sosiologiya (Elmi kommunizm) kafedrasının müdiri (1967-1997), Əməkdar elm xadimi, professor Həsən İsmayıl oğlu Şirəliyev (1929-1997) anadan olub. 20 sentyabr 1932-ci il - Analitik kimya kafedrasının professor (1960-2001), Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri ( 2001-2017), Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) anadan olub.21 sentyabr 1959-cu il - Filologiya fakültəsinin dekanı (1993-2001),Türkologiya kafedrasının professor (1991-2000), Ümumi dilçilik kafedrasının müdiri (2000-2017), Milli Məclisin deputatı (II , III və IV çağırış ), Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov anadan olub.21 sentyabr 1961-ci il - BDU-da Hesablama Mərkəzi yaradılıb.23 sentyabr 1928-ci il - Fizika fakültəsinin dekanı (1978-1988), Maddə quruluşu kafedrasının müdiri (1972-1992), AMEA-nın müxbir üzvü, professor Sabir Əbdülmanaf oğlu Hacıyev (1928-2013) anadan olub.29 sentyabr 1919-cu il - BDU-nun ilk nizamnaməsi qəbul edilib. 29 sentyabr 1928-ci il - Nəzəri mexanika kafedrasının dosenti (1951-1957), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Qırmızı Əmək Bayrağı"və "İstiqlal" ordenləri laureatı, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006) anadan olub. 29 sentyabr 1987-ci il - BDU-da Elmi-tədqiqat hissəsi (ETH) yaradılıb.
486 05-04-2019

Akademik Nərgiz Paşayeva: “İdrakın ilhamı mənəvi impulslardan güc alır”


Martın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU)  «Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi» mövzusunda beynəlxalq forum keçirilib. 1500-ə yaxın iştirakçı və qonağın – Rusiyanın və xarici ölkələrin aparıcı universitetlərinin rektorlarının və prezidentlərinin, elmi təşkilatların, akademik dairələrin, dövlət orqanları təmsilçilərinin, tanınmış alimlərin və ictimai xadimlərin iştirak etdikləri tədbirdə MDU-nun rektoru, akademik Viktor Antonoviç Sadovniçi,  Rusiya Rektorlar İttifaqının vitse-prezidenti, Privoljsk Federal dairəsi ali məktəblər Şurasının sədri, N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin prezidenti Roman Qriqoryeviç Strongin, Bolqarıstan Elmlər Akademiyasının sədri, Sofiya Universitetinin rektoru Blaqovest Sendov,  Yaponiyanın keçmiş Baş naziri, siyasətçi, fəlsəfə doktoru Yokio Xatoyama və digər nüfuzlu elm və təhsil adamları çıxış edib. 
M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri akademik Nərgiz Paşayevanın forumdakı plenar məruzəsi iştirakçılar tərəfindən maraq və rəğbətlə qarışılanıb. 

***
Təhsil məsələləri çoxcəhətlidir, birmənalı deyil. İlk baxışdan belə görünür ki, tədris prosesinin idarə olunmasının bütün reseptləri artıq yaradılmışdır. Belə düşünmək olar ki, hər şey tamamilə aydındır və sadədir – biz bilikləri toplamalı, ötürməli və qiymətləndirməliyik. Bəs, əsas nəticəyə – qazanılan biliklərin insanın şüur və təfəkkürünü zənginləşdirdiyi və maarifləndirdiyi pozitiv dönüş nöqtəsinə  necə yetişməli? Axı, sonra məhz şüur aparıcı olacaq və yalnız o,  biliyi bu və ya digər yolla aparacaqdır. Başqa sözlə, sadəcə, yalnız konkret mütəxəssis hazırlamaq deyil,   mənəvi-əxlaqi prinsiplərə və  yüksək məziyyətlərə sahib  olmaq üçün insanı necə öyrətməli, necə savadlandırmalı? Bu məsələni tarix kontekstində nəzərdən keçirsək, tarixən  ilkin impulsun və bazanın yalnız bilik deyil, həm də səbatlı vicdan, dərrakənin gücü və əxlaqın olduğu proseslərin fərqini aydın görə bilərik.   
Sovet dönəmində bizlər – filoloqlar illərlə süni sosrealizm metodologiyasından istifadə etmişik. «Sovet ədəbiyyatının optimizmi» prinsipi nəinki saxta elmi formulu, doktrinanı ehtiva edirdi, həmçinin bir çox hallarda bu ştamp gənc insanın beynini pozur, köhnə düşüncə sistemində yaşayan insanları barışmaz edirdi. O zamanlar fərqli düşünən və fərqli yazan insanların qarşısında hələ çox maneələr dururdu. Çünki təhrif edilmiş nəzəri biliklərin doğurduğu aləm ədəbiyyatşünaslıq dərslikləri ilə məşdudlaşmır, onlarla bitmirdi. Vaxtilə bu qəbildən olan biliklər milyonların şüurunu təhrif emişdi və heç kimin poza bilmədiyi tarazlığı yalnız ideoloji ehkam, göstəriş və metodologiyalardan real şəkildə azad olan sələf alimlərin  həlledici təsiri bərqərar edirdi. 
XXI əsrdə bilik və təhsil vasitəsilə kütlələrin şüurunu düzgün idarə edə biləcəyikmi? Heç də sadə olmayan bu sualın cavabı, şübhəsiz, müsbət olmalıdır. Əks halda, biliklər əsas missiyasından – cəmiyyətin ləyaqətini, asayişini, rifahını və inamını təmin etməkdən məhrum olacaqdır. Dünyanın cari durumunda skeptiklər bu ali prinsipləri sadəlövh və səmərəsiz adlandıra bilərlər. Sirr deyil ki, bəzən belə dayaz düşüncələr bütöv bir həmfikirlər ordusu toplaya bilir. Təhsil prosesində ən çətin məsələ müasir tədrisin dağıdıcı, etinasız praqmatizmə və praktisizmə yuvarlanmasına yol verməməkdir. Qəlb, insan təbiəti, şəxsiyyət təhsil sistemində bu çətin prosesin keyfiyyətinə, etibarlılığına və funksionallığına zəmanət verilməsinə təsir edən əsas amillərdir.
İstənilən insan erkən uşaq yaşlarından real həyati olayların və durumların heç də birmənalı olmaması, bəzən isə ağır olması faktı ilə, əvvəlcə nəzəri, sonra isə real şəkildə üzləşir. Və bu və ya digər situasiyada fərdin hərəkət və əməllərinin özünütəşkilin və şəxsi intizamın hansı meyarları ilə şərtlənəcəyini heç kim deyə bilməz. İdealda, məhz məktəbdə atılan ilk addımlar, daha sonra isə biliklərin əldə olunmasına aparan yol, ən müsbət keyfiyyətlərə şövqləndirməklə insanı böyük aləmə hazırlamalıdır. Bu mərhələdə yalnız kitablardakı müdrik fikirlər deyil, bu və ya digər biliklərin daşıyıcısı olan insanlarla şəxsi təmas da çox önəmlidir; onların həyat fəlsəfəsi, baxışları, daxili aləmləri və prinsipləri çox önəmlidir; təhsil mühitinin özü və onun atmosferi, biliklərin gücünə inamın ruhu, energetikası önəmlidir. 
İnnovasiya əsri olan hazırkı dönəmdə məhz humanitar elmlər, sosial dəyərə malik elmlər qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Dəqiq elmlərin, innovativ layihələrin istənilən nailiyyətləri və ya uğursuzluqları gec-tez humanitar tərkibli və müxtəlif problemlərlə  üzləşir, kəsişir. Hətta dahi bir əqlin eyforiyası ali yönümlü qadağanı pozmaq cazibəsi qarşısında duruş gətirmədikdə, humanitar təlimlərin etik, əxlaqi və mənəvi ehkamları, humanitar elmlərin qiymətləndirmə meyarları, dəyər şkalaları əyləc rolunu oynayır. 
Bilirik ki, mütləq şəkildə hamı üçün ümumi olan ideyalar mövcud deyil. Bizə o da məlumdur ki, biliklər anadangəlmə olmur, deməli, mənəvi-əxlaqi prinsiplər də anadangəlmə ola bilməz. Yeni dövr fəlsəfəsində sensualizm konsepsiyasının müəllifi, XVII əsr ingilis alimi və mütəfəkkiri Con Lokk yazırdı: «Kimdəsə anadangəlmə ideyalar varsa, həmin şəxsdən onların necə və nə qədər olduğunu öyrənməyə şad olardım». Yəni onlar anadangəlmə ola bilməz. Çox vaxt çılğın dərk etmə, duyma istəyi, biliklərə meyil hissiyyatı təcrübə, sensual qavrama sayəsində meydana çıxır. Aristotelin fikrincə, «ağıl qavramağa başlayanda ideyaları kəsb edir». Fikrimizcə, qavrayışın, ideyaların və mənəvi-əxlaqi qaydaların ümumiliyi müasir təhsil prosesinin əməli müstəvisində daha fəal və dərin təzahürünü və tətbiqini tələb edən mühüm platformadır. Qlobal baxımdan, ümumbəşəri intellektual mühit, məktəblər və universitetlər, elmi müəssisələr müasir dünyanı bir çox təhdidlərdən qoruyan adekvat və xilasedici buferin qorunub saxlanmasını təmin edən qüvvələrdir, möhkəm bazalardır. İnsanlar kin-küdurətdən, qətllərdən və beynəlxalq intriqalardan  beziblər.  
Fikrimcə, mənəviyyat yolu ilə saflaşdırılan şüura və ağıla inamın bilik vasitəsilə dəstəklənməsi müasir təhsil və elmin əsas vəzifəsidir. Qlobal aləmdə bir-birimizlə müasir elm və təhsil mühiti vasitəsilə dialoq apara bilib-bilməməyimiz isə özümüzdən asılıdır.  Biz istəməzdik ki, gələcək nəsillər  humanitar qavramanın və əldə olunan biliklərin mənəvi dərkinin önəmi barədə mücərrəd və dumanlı təsəvvürlərə malik olsunlar. Bəzən kitablarda da səhvlər ola bilər. Müəyyən mərhələdə biliklərin də bu və ya digər dərəcədə yanlış olması mümkündür. İndi bəzən elektron texnikayla davranmağı uşaqlar bizə öyrədir. Lakin mənəvi, yüksələn dəyərlərin ötürülməsi prosesi şəxsiyyəti, gələcək nəsilləri maarifləndirməyi, onlara təhsil verməyi özünə vəzifə seçmiş insanların üzərinə düşməlidir. Xəyali səcdəgaha çıxarılmış bu sakral fikri  baş verəcək heç bir yüksək texnoloji inqilab durdura bilməz. Çünki idrakın ilhamı mənəvi impulslardan güc alır. Daha çox mənəvilik, estetik tərbiyə, kreativlik, mücərrəd təfəkkür, təxəyyül, sosial açıqlıqdan keçən ağıl fantaziyaları, həyat sevgisi harmonik şəxsiyyətin formalaşmasına yardımçı ola bilər. O zaman Diogenin gün işığında yandırdığı fənər axtarışda olanı tapacaq.
Bəli, biz bilirik ki, bütün yollar Məbədə doğru getmir, lakin ona doğru aparan, Göy ilə Yer qarşısında bəraət qazanmış Yol  bizi bura – Moskva Dövlət Universitetinə gətirdi! 
***
Xatırladaq ki, bu il fevralın 27-də MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyası üzvlərinin ümumi toplantısında Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin təqdimatı ilə yekdilliklə akademik (əcnəbi üzv) seçilib. 4 il əvvəl – 2015-ci ildə isə 26 yanvar MDU-nun 260 illiyinin qeyd olunması zamanı Nərgiz Paşayevaya universitetin fəxri professoru adı verilmişdi.  Nərgiz xanım bu münasibətlə demişdi: «Mən özümü yalnız öz sahəmin mütəxəssisi deyil, müəllim, təhsilə xidmət edən bir insan hiss edirəm. Moskva Dövlət Universitetinin professoru adı qürurla səslənir, çünki qlobal akademik dairələrdə MDU kifayət qədər yüksək yer tutur».

 

Digər yazılar

Ural Federal Universitetinin rektoru BDU-da olub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub 

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

Bakı Dövlət Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb

BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edir

BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilib

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu Türkanə Mehdiyeva: “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb