BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
202 19-03-2019

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub. Tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən aparılır. BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Bakı Koreya dili Natiqlik, Yaradıcılıq müsabiqəsi, Koreya pop musiqi festivalı keçirilib, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində Kral Sejonq İnstitutu fəaliyyətə başlayıb, tələbələrin Koreyanın ölkəmizdəki səfirliyində təlim-təcrübə kurslarına iştirakları təmin edilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Koreyaşünaslıq ixtisasında təhsil alan və Koreyanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb. Çay süfrəsi arxasında tələbələrlə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və təlim proqramı haqqında məlumat verilib. Məlum olub ki, təlim proqramı tələbələrlə müzakirə şəklində təşkil edilib və müxtəlif sahələr üzrə aidiyyəti diplomatlar tərəfindən aparılıb. Təlimdə Koreya-Azərbaycan diplomatik, siyasi və iqtisadi əlaqələri, Koreya mədəniyyəti, Koreyada təhsil və təlim proqramları haqqında müzakirələr aparılıb. 

BDU-nun rektoru Elçin Babayev tələbələrin təcrübə müddətində fəaliyyətlərini yüksək qiymətləndirib, fikirlərini Koreya dilində sərbəst ifadə etmələrindən məmnun qaldığını söyləyib.

Koreya səfirliyinin müşaviri Yim Jean Hyeok, öz növbəsində, tələbələrin bilik və bacarığından razı qaldıqlarını vurğulayıb.

Sonra tələbələrə Koreya səfirliyi tərəfindən verilmiş sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş 10 günlük təlim proqramına Koreyanın Azərbaycanda fəaliyyət göstərən “Unico Logistics Baku”,  “Hansol EME Co., Ltd”, “Heerim Architects & Planners Co. Ltd”  və “Samsung Electronics Co. Ltd” şirkətləri də qoşulub.

 

Mətbuat və informasya şöbəsi, 19 mart 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər