BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
102 15-03-2019

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin (TEB) təşkilatçılığı ilə tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və elmi mətnlərin hazırlanması qaydalarına həsr olunmuş “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib. Seminarda “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlar və bakalavriatlar iştirak edib.

Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçiləri haqqında məlumatlandırıb.

Mövzu üzrə məruzə edən TEB-in sədri, Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbova birliyin həyata keçirdiyi işlərdən, elmi təşkilatlanmanın prinsiplərindən, gənclərin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, tələbələrin elmi işlə məşğul olması gələcəkdə onların uğurlu karyera qazanması üçün əsas amillərdən biridir.

Sonra söz ikinci məruzəçiyə - “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramova verilib. O bildirib ki, tələbələrdə elmi mətnlərin hazırlanması vərdişlərinin indidən formalaşması onların karyera həyatı üçün uğurlu addımlardan biridir. Məruzəçi tələbələrə elmi mətnlərin (tezis, xülasə, məqalə, kurs işi və s.) tərtib olunması qaydaları, mətnlərin hazırlanmasının akademik tərəfləri və texniki tələbləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda çıxış edən TEB-in elmi rəhbəri Pərvin Eyvazov elmi tədqiqatla məşğul olmağın faydalarından bəhs edib, iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər