BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
101 14-03-2019

BDU-da “Təhsil proqramlarının özünü təhlilinin aparılması” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Təhsil proqramlarının özünü təhlilinin aparılması” mövzusunda seminar keçirilib. Yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən seminarı açan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov layihənin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır. Qiymətləndirmə meyarlarından danışan Tofiq Əhmədov, tələbələrin tədqiqat fəaliyyətinə təşviq edilməsininin, onların mübadilə proqramlarında iştirakının, universitetin inklüziv təhsil imkanlarının, təhsil proqramlarında ömür boyu təhsil proqramlarının nəzərə alınmasının, proqramın idarə olunmasının (menecment), keyfiyyət fərqinin və təminatının, universitetin tələbə və müəllim heyətinə akademik dəstəyinin göstərilməsinin, təhsil müəssisəsinin digər ali məktəblərlə tərəfdaşlıq fəaliyyətinin yaradılmasının qiymətləndirmə meyarlarına aid olduğunu diqqətə çatdırıb. Daha sonra o, proqram akkreditasiyası üzrə yeni hazırlanmış cədvəl və metodologiyanın təqdimatını edib.

Sonra layihə barədə danışan Tvinninq layihəsinin koordinatoru Yelizaveta Bıdanova, təhsil proqramlarında tələbəyönümlü və səriştəyə əsaslanan yanaşmanın qiymətləndirilməsi üzrə özünü təhlil cədvəlinin təqdimatı haqda məlumat verib. Bildirib ki, bu layihə universitetlərə təhsil proqramlarını özləri tərtib etmək və keyfiyyətini müstəqil qiymətləndirmək imkanı yaradır. Yelizaveta Bıdanova seminarda iştirak edən müəllimlərə Beynəlxalq Akkreditasiya ilə bağlı özünütəhlil hesabatını hazırlamağı tapşırıb. Seminarın əsas mahiyyətinin bu hesabatın necə hazırlanmalı olduğuna həsr olunduğunu diqqətə çatdırıb.  Həmçinin bildirib ki, qiymətləndirmə üçün fizika, fizika müəllimliyi və kompyuter elmləri seçilib.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin böyük məsləhətçisi Lalə Abbasova keyfiyyətli təhsil vermənin vacibliyi üçün özünütəhlil hesabatının önəmini qeyd edib. Vurğulayıb ki, bu yeni təcrübə -  proqram akkreditasiyasıdır. Bu təcrübə müəllimlərə öz təcrübələrini digər müəllimlərlə bölüşmək imkanı yaradır. Həmçinin, Lalə Abbasova iştirakçılara hesabatın struktur forması barədə də məlumat verib.

Çıxış edən BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Vaqif Qasımov Bakı Dövlət Universitetinin Tvinninq layihəsinin bir çox proqramlarında iştirak etdiyini diqqətə çatdırıb, universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən söz açıb. Vaqif Qasımov seminarda qaldırılan məsələlərin müasir təhsil standartlarına uyğun olmasını bildirib və onun əhəmiyyətindən bəhs edib.   

Seminar ümumi müzakirələrlə davam edib.

Mətbuat və informasiya şöbəsi, 14 mart 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər