BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
129 14-03-2019

Tarix fakültəsində BDU-nun və fakültənin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərə start verilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Tarix fakültəsində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinə start verilib.

Layihənin ilk qonağı Tarix fakültəsinin 1962-ci il məzunu, 1994-2004-cü illərdə dekan olmuş, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov olub.

Dekan Azad Rzayev layihə barədə məlumat verib, onun işinə uğurlar arzulayıb.

Fakültənin tarixi barədə danışan A.Rzayev 100 illik fəaliyyəti dövründə görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu, onların sırasında ilk olaraq dünya şöhrətli məzun, ulu öndər Heydər Əliyevin xatırlandığını qeyd edib.

A.Rzayev layihənin ilk qonağı, akademik Yaqub Mahmudova görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib, 80 illik yubileyi münasibətilə təbrik edib.

Akademik Yaqub Mahmudov tələbəlik xatirələrindən, Azərbaycan tarix elmindəki mövcud vəziyyətdən, hazırda rəhbəri olduğu AMEA-nın Tarix İnstitutunda görülən işlərdən söz açıb.

Tədbir zamanı akademikin əsərlərinin sərgisi də təşkil olunub. Tədbirdən sonra kitablar Tarix fakültəsinə hədiyyə edilib.

Qeyd edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları”  layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, koordinatorları isə dosentlər - Səidə Quliyeva, Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.

 

Mətbuat və informasiya şöbəsi, 14 mart 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər