BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
96 11-03-2019

Professor Yeganə İsmayılovanın “Anarın Dədə Qorqud yaradıcılığı” kitabının təqdimatı keçirilib

BDU-nun Filologiya fakültəsinin professoru Yeganə İsmayılovanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bədii yaradıcığına həsr olunmuş “Anarın Dədə Qorqud yaradıcılığı” kitabının təqdimatı keçirilib.

Tədbir AMEA və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, akademik ictimaiyyət, incəsənət xadimləri və media nümayəndələri iştirakı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladı olan Anar ədəbiyyatımızın inkişafında yüksək əməyi olan yazıçı, ziyalı və dəyərli insandır. Onun əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir. Anarın həm də ssenarist olduğuna diqqət çəkən İ.Həbibbəyli ədəbiyyatımıza bəxş etdiyi bir çox dəyərli əsərləri əsasında məşhur filmlərin ərsəyə gəlməsindən də bəhs edib. İ.Həbibbəyli kitab haqqında danışaraq, onun müsbət məziyyətlərini diqqətə çatdırıb və Anar haqqında belə bir dəyərli əsər yazdığına görə Yeganə İsmayılovaya təşəkkür edib. 

 BDU-nun professoru Cahangir Məmmədli, ADPU-nun kafedra müdiri, professor Himalay Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Salidə Şərifova, BDU-nun professoru Anar İsgəndərov, filologiya elmləri doktoru Əlizadə Əsgərli və AYB-nin ədəbi janrlar üzrə məsləhətçisi, filologiya elmləri doktoru Gülxanı Pənah ədəbiyyatımızda xüsusi rola malik olan Anar yaradıcılığının böyüklüyü haqqında söhbət açıblar.

BDU-nun professoru, kitabın müəllifi Yeganə İsmayılova Anarın Dədə Qorqud yaradıcılığı haqqında geniş məlumat verib və tədbirdə iştirak edən qonaqlara, eləcə də kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonda çıxış edən Xalq yazıçısı Anar tədbirə gələn qonaqlara, tədbirin təşkilatçısı olan Mərkəzi Elmi Kitabxanaya minnətdarlığını bildirib. Yazıçı qeyd edib ki, Dədə Qorqudun bizim üçün əhəmiyyəti onun bütün türk dünyasının abidəsi olmasıdır.Ədib Dədə Qorqud dastanını folklor nümunəsi kimi deyil, Azərbaycanın yazılı ədəbiyyat nümunəsi kimi qiymətləndirmək təklifi ilə AMEA Ədəbiyyat İnstitutunun rəhbərliyinə müraciət edib.

Mətbuat və informasiya şöbəsi, 11 mart 2019-cu il.

Digər yazılar

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər