BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
89 07-03-2019

“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən artıq biznes ideyası müzakirə olunub. “Məhsulun yaradılması və inkişaf etdirilməsi” modulu çərçivəsində tələbələrin irəli sürdüyü ideyaların müasir metodologiyaya əsasən bazara uyğunluğunun təhlili, yeni məhsul və xidmətlər vasitəsilə potensial müştərilərin problemlərinin həlli, real tələbat məsələləri praktik tapşırıqlar vasitəsilə təhlil edilib.

Modul çərçivəsində Böyük Britaniyanın tədris müəssisələrinin təqdim etdiyi proqram üzrə tələbələrə biliklər verilib, tapşırıqlar üzrə iş aparılıb.

Təlim BDU tələbələri üçün nəzərdə tutulsa da, digər universitetlərin tələbələrinin marağına səbəb olduğundan onların da iştirakı təmin edilib.

Tələbələrin mövzu ətrafında sualları cavablandırılıb və maraqlı diskussiya aparılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı “100 innovativ tələbə” layihəsinə martın 1-də start verilib. BDU-nun Tədirs tele-radio studiyasında keçirilən layihənin məqsədi tələbələrdə innovasiyalara əsaslanan sahibkarlığın motivasiya edilməsidir. Layihə çərçivəsində innovativ sahibkarlıq tədris proqramının hazırlanması, bu sahədə fəaliyyət göstərən insanlara ustad dərslərinin keçirilməsi, tədris-teleradio studiyasında müsahibələrin təşkili də nəzərdə tutulur.

 

Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub