BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
56 07-03-2019

Bakı Dövlət Universitetində Macarıstanlı səfirlə görüş olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Firudin Qurbanov ölkələrimizin qədim tarixi əlaqələrə malik olduğunu, dövlət başçılarının uğurlu siyasəti nəticəsində müasir dövrdə də münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində Macarıstanla intensiv münasibətlərin yarandığını qeyd edib.

Bir çox ali təhsil ocaqlarının yaranmasında baza rolunu oynayan BDU-nun Ümummilli lider Heydər Əliyev, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov kimi dünya şöhrətli məzunlarının olduğunu, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncam imzaladığını, yubiley tədbirlərinin YUNESKO, İSESKO, bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu və bir sıra layihələrə start verildiyini diqqətə çatdırıb.

F.Qurbanov yubiley ərəfəsində olan universitetdə dünyadakı müasir tendensiyalar nəzərə alınmaqla növbəti illərdə həyata keçirilməli layihələr üzərində işlərin aparıldığını deyib. Bu baxımdan universitetlərarası əlaqələrin inkişafının mühüm əhəmiyyət daşıdığını qeyd edən F.Qurbanov Macarıstan ali təhsil sisteminin özünəməxsus üstünlüklərindən, distant təhsilin səmərəliliyindən, tədris proqramlarının müasir standartlara uyğunlaşdırılmasından, mövcud, ənənəvi tədris prosesinin yenidən təhlilindən, ümumiyyətlə, ali təhsilin bütün səviyyələri üzrə yeni yanaşmaların nəzərə alınmasının əhəmiyyətindən bəhs edib.

2019-2020-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 470-dən artıq azərbaycanlı tələbənin Macarıstanda təhsil aldığını nəzərə çatdıran F.Qurbanov BDU ilə ikili diplom, magistratura və doktorantura səviyyələri üzrə təhsil mübadiləsinin, mövcud əmək bazarına uyğun rəqabət qabiliyyətli mütəxəssislərin formalaşmasının vacibliyini vurğulayıb.

BDU-da görüşündən məmnunluğunu ifadə edən cənab Viktor Sederkenyi  bütün sahələrdə ölkələrarası münasibətlərin dinamik inkişafından söz açıb. O, Azərbaycan universitetləri ilə əlaqələrin inkişafını, azərbaycanlı tələbələrdən Macarıstanın Stipendium Hunqarikum təqaüd proqramına çoxsaylı müraciətlərin olduğunu müsbət dəyərləndirib. Səfir türk dövlətləri ilə xüsusilə türkologiya elmi sahəsində yeni layihələrdə maraqlı olduqlarını deyərək azərbaycanlı və macar tarixçilərindən ibarət qrupun yaradılması təklifini də irəli sürüb.

Görüş çərçivəsində Bakı Dövlət Universitetində səfirliyin dəstəyi ilə birgə konfransların təşkili, Macar Gününün keçirilməsi, Budapeştdə Azərbaycan Mərkəzinin açılması kimi məsələlər müzakirə olunub.

 

Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər