BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
203 05-03-2019

BDU-da startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib

Bakı Dövlət Univesitetinin 100 illik yubileyi münasibətilə Sil.İnnovasiya Mərkəzi bu ali təhsil müəssisəsində yerli və qlobal startap proqramları ilə bağlı tələbələr üçün məlumat sessiyası keçirib.

Universitetin SABAH mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən mərkəzin innovativ layihələrə dəstək qrupunun rəhbəri, dosent Mətanət Musayeva açaraq onun əhəmiyyəti barədə danışıb.

Sil.İnnovasiya Mərkəzinin təsisçisi və direktoru Cəsur Həsənov isə tələbələrə startap layihələr və mərkəzin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, qurum Azərbaycanda startaplar üçün müxtəlif təlimlər, yerli və qlobal proqramlar həyata keçirərək onları xarici bazara hazırlamaq məqsədilə yaradılmış bir innovasiya mərkəzidir. Şirkətin əsas məqsədi 2025-ci ilədək hər il Azərbaycanın 50 texnoloji startapını dəstəkləmək və ən uğurlu olanlarını qlobal bazara çıxarmaqdır. İnnovasiya Mərkəzi hazırda yerli startaplara dəstək məqsədilə “Creative Business Cup” və“ClimateLaunchpad” kimi qlobal startap proqramlarını Azərbaycanda keçirən yeganə təşkilatdır. Hazırda “Creative Business Cup” proqramına qəbul davam edir və yaradıcı sənayeyə aid ideya və layihələri olan hər kəs  sil.vc/cbc  səhifəsində müraciətlərini göndərə bilərlər. Müraciətlər martın 10-da başa çatır.

Görüş tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarına cavabla yekunlaşıb.

 

Mətbuat və informasiya şöbəsi, 05 mart 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər