BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
207 04-03-2019

“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162  saylı orta məktəblərdə təqdim olunub

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162  saylı orta məktəblərdə təşkil olunub. Adıçəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar.

BDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov isə universitetin təhsili və tələbə həyatı barədə məlumat verib.

Tədbirdə iştirak edən tələbələr şagirdlərlə həmsöhbət olub, onların universitetlə bağlı çoxsaylı suallarını cavablandırıblar.

Görüşdə şagirdlərə, eyni zamanda, “BDU – mənim universitetim” mövzusunda inşa müsabiqəsi, onun şərtləri haqqında məlumat verilib. Qeyd edilib ki, müsabiqənin qalibi olan şagirdlər universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Tədbir Bakı Dövlət Universitetinin həyatını əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

Qeyd edək ki, “Mənim Universitetim – 100 il” layihəsinin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə Bakı Dövlət Universiteti tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.
 

Mətbuat və informasiya şöbəsi, 04 mart 2019-cu il.

 

 

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub