BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
150 28-02-2019

BDU-da “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda Dəyirmi masa keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi Dəyirmi masada universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər, problemlər və həlli vacib hesab edilən bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən professor-müəllim heyəti səsləndirilən fikirlərə münasibət bildiriblər.

Qeyd edək ki, Tədbirlər planında “Clarivate Analytics” şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə “Web of Science” bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə “Ən məhsuldar müəllif”, “Ən çox istinad edilən müəllif”, “Ən yüksək h-indeksli müəllif” nominasiyaları üzrə qaliblərin müəyyən edilərək mükafatlandırılması, “Gənc istedadlar” liseyində BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Elm həftəsi”nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin təşkili, AzTV-də BDU-nun 100 illik yubileyinə və “Elm günü”nə həsr olunmuş “Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu” mövzusunda verilişin təşkili də nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub