BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
144 27-02-2019

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan  “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində  iştirak etmək hüququ qazanmış BDU-nun Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.

F.Qurbanov dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən olan və hər il Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Philip C. Jessupbeynəlxalq məhkəmə müsabiqəsində iştirakın əhəmiyyətini qeyd edərək tələbələri təbrik edib. Bildirib ki, məqsədi tələbələrdə vəkillik, hüquqi yazı və araşdırma qabiliyyəti, akademik danışıq üslubu və bu kimi digər mühüm keyfiyyətləri inkişaf etdirmək olan bu müsabiqədə iştirak həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə imkan yaradacaq.

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən tələbələr “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Philip C. Jessup” Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır.  Amerikan hüquqşünas, diplomat Philip C. Jessup-ın adını daşıyan müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib və 1968-ci ildən ətrafına dünya ölkələrinin komandalarını toplaya bilib.

Müsabiqədə hazırda 100-ə qədər ölkə 3000-ə yaxın tələbə ilə təmsil olunur. 

 

Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub