BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
77 26-02-2019

BDU-nun Qazax filialında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım dəhşətlərini əks etdirən slayd nümayiş olunduqdan sonra çıxışlar başlayıb. BDU Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıb.

Filialın müəllimi Ülviyyə Bayramova “Xocalı soyqırımı işğalçı erməni siyasətinin davamıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan ən ağrılısı Xocalı faciəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutub. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmirdi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açıldı və dünya ictimaiyyətinə çatdırıldı. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qərar da həmin yığıncaqda qəbul edilərək fevral ayının 26-ı “Xocalı soyqırımı günü” elan olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı belə deyib: “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.

Daha sonra filialın müəllimi Türkan Məmmədova “Tarixin qanlı səhifələri milli birliyin qarantı kimi”, tələbələrdən Nigar İsmayıllı “Xocalı soyqırımı tariximizin ən dəhşətli faciəsidir”, Kamran Əsgərov “Xocalı faciəsinə gənclərin elmi-nəzəri yanaşması” adlı mövzularla çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu qeyd ediblər.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri

Digər yazılar

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib