BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950),  SSRİ dövlət mükafatı laureatı,   akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il  - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü,  professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il -  SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan  Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10  aprel  1924 - cü il - Coğrafiya fakültəsinin dekanı  (1967-1972), Geodeziya və  kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi  oğlu Piriyev (1924-1989) anadan  olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı  ordenli, Dövlət mükafatı laureatı,  akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru,  (1939-1959)  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər  BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim,  “Lenin” və  “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci  il - Hidrometeorologiya kafedrasının  professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan  olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi,  professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003),   Hüquq fakültəsinin dekanı  (2002-2003), Əməkdar müəllim,  professor Yusif  Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941),  "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi,  Komsomol  mükafatı laureatı, "Şərəf nişanı" ordenli,  professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli,  Əməkdar elm xadimi,   professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),
76 21-02-2019

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı böyük xidmətlərini qeyd edən F.Qurbanov bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. 
F.Qurbanov ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən elm və təhsil sferasında inkişaf etdiyini vurğulayaraq münasibətlərin dərinləşməsinin nümunələrindən biri kimi hər iki ölkə vətəndaşlarının Azərbaycan və Türkiyə universitetlərində təhsil almalarını göstərib. Hazırda BDU-nun müxtəlif fakültələrdə onlarla Türkiyə vətəndaşının təhsil aldığını qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində doktorantura səviyyəsində nəzərdə tutulan ikili diplom proqramı haqqında məlumat verib. 
F.Qurbanov Bakı Dövlət Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından olduğunu qeyd edərək bu ali təhsil ocağının 100 illik yubiley tədbirlərinin həm ölkə, həm də beynəlxalq səviyyədə qeyd olunacağını vurğulayıb.  
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı, xüsusilə təhsil sahəsində əlaqələri qeyd edərək indiyədək Türkiyə universitetlərində 125 mindən artıq azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Azərbaycanın ali təhsil sistemində mühüm hadisə olduğunu deyərək, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin yubiley tədbirində iştirak etmək istəyini bildirib.  
Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun iki ölkə universitetləri arasında ikili diplom proqramının təsis olunması, müvafiq elmlər sahəsində əməkdaşlığın qurulması, birgə tədqiqat proqramlarının həyata keçirilməsi timsalında təhsil əlaqələrinin genişləndirilməsinə və tələbə mübadiləsinə dəstək verməyə hazır olduğunu da vurğulayıb. 
BDU-nun Mətbuat və informasiya şöbəsi, 21 fevral 2019-cu il.

 

Digər yazılar

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub

Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

Çexiyanın Azərbaycandakı səfiri BDU-da olub

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da olub

Polşalı qonaqlarla əməkdaşlıq əlaqələri müzakirə olunub