BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
70 22-02-2019

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağı  salamlayaraq, bu ali təhsil ocağı barədə məlumat verib. Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən F.Qurbanov, onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb. F.Qurbanov universitetin 100 illik yubiley tədbirlərinin YUNESKO, İSESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini də diqqətə çatdırıb.

Qəbula görə təşəkkür edən səfir Zoltan Hernyes Avropa Şurası Bakı ofisinin layihələri, gender bərabərliyi və jurnalistika ilə bağlı çap edilən vəsaitlər haqqında məlumat verib. Səfir Zoltan Hernyes "Gender bərabərliyi və media azadlığı" kursu üzrə proqramın əhəmiyyətini qeyd edərək yeni kursun Jurnalistika ixtisası üzrə tədris proqramında istifadə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Təqdim olunan layihə haqqında məlumatlı olduğunu qeyd edən F.Qurbanov Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.  

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub və Bakı Dövlət Universiteti ilə Avropa Şurasının Bakı ofisi tərəfindən "Gender bərabərliyi və media" mövzusunda birgə konfrans və seminarların keçirilməsi qərara alınıb.

 

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər