BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
269 21-02-2019

BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan olan ekspertlərlə görüşüb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən danışan F.Qurbanov vurğulayıb ki, burada əsas məqsəd Azərbaycan ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır. F.Qurbanov icrasına 2018-ci ilin aprelində başlanılmış “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin 2015-2017-ci illərdə həyata keçirilmiş “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” Tvinninq layihəsinin davamı olaraq reallaşdırıldığını qeyd edib. Bildirib ki, Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır. Hazırkı Tvinninq layihəsi üzrə seçilən on beş pilot ixtisasdan doqquzunun Bakı Dövlət Universitetində olduğunu xüsusi vurğulayan F.Qurbanov həmin ixtisasların təhsil proqramlarının məzmununda əhəmiyyətli dəyişikliklərin ediləcəyinə və bunun əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən mütəxəssis hazırlığına imkan verəcəyinə əminliyini diqqətə çatdırıb.

F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO, o cümlədən bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini bildirib.

Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzinin baş koordinatoru, Tvinninq layihəsinin rəhbəri Bruno Curvale layihə haqqında ümumi məlumat verib. O, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən bəhs edib, layihənin Azərbaycanda ali təhsilin təkmilləşdirilməsinə və bu sahədə mövcud hüquqi bazanın yenilənməsinə töhvə verməyə xidmət etdiyini diqqətə çatdırıb.

Litva Respublikasının Təhsil və Elm Nazirliyinin əməkdaşı, layihə rəhbəri Giedrius Viliunas Azərbaycan və Litva təhsil sistemləri arasındakı oxşarlıqdan bəhs edib. G.Viliunas Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi olduğunu bildirib və bu universitetdə əldə ediləcək nailiyyətlərin bütövlükdə ölkə ali təhsilinin inkişafına xidmət edəcəyinə əminliyini vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 20 fevral 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub