BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
100 19-02-2019

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırıldı

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbiri açan Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından bəhs edib. Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edən F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsini diqqətə çatdırıb. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Prezident Sərəncamlarını və Fərmanını xüsusilə qeyd edən F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. 
F.Qurbanov müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək tələbələri yubiley tədbirlərində aktiv iştiraka çağırıb. 
    Sonra  F.Qurbanov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.
Mükafatlandırma mərasimində BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün dövlət dəstəyindən, onların fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasındakı rolundan bəhs ediblər. 
Coğrafiya fakültəsinin I kurs tələbəsi, aprel döyüşləri iştirakşısı Ramil Əmiraslanov prezident İlham Əliyevin təqaüd sisteminin təkmilləşdirilməsi və təqaüd artımı ilə bağlı imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən danışıb. Eyni zamanda aprel döyüşlərinə diqqət çəkərək Azərbaycan Ordusunun bu döyüşlərdə qazandığı qələbənin ölkədə böyük ruh yüksəkliyinə səbəb olduğunu, Azərbaycan əsgərinin əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirdiyini bildirib və Ali Baş Komandan əmr edərsə, ordumuzun önündə gedib müqəddəs bayrağımızı o yüksəkliklərə sancacağına söz verib. 
Hüquq fakültəsinin birinci kurs tələbəsi, uşu-sanda üzrə 11 qat dünya, 3 qat Avropa Çempionu, Prezident mükafatçısı Emil Hacıyev, Biologiya fakültəsinin 3-cü kurs tələbəsi, seçilmişlər arasında ən yüksək ortaq qiymət göstəricisi olan Məryəm Ramazanova çıxışlarında dövlətin gənclərə yaratdığı hərtərəfli şəraitdən danışıb, tələbələr üçün belə stimullaşdırıcı tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər. 
Tədbirdə “ilin ən yaxşı tələbələri” müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər. Tələbələr yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli elmi konfranslarda, elmi jurnallarda sanballı elmi araşdırmalarla çıxış etdiyinə, universitetin və respublikanın ictimai həyatında fəal iştirak edib, vətənpərvərlik, təssübkeşlik nümayiş etdirdiyinə və liderlik keyfiyyətlərinə, mədəniyyət, incəsənət sahəsində qazandığı uğurlarına, yerli və beynəlxalq səviyyəli idman yarışlarında əldə etdiyi yüksək nəticələrinə görə mükafatlandırılıblar. 
Sonra Bakı Dövlət Universitetinin çoxminli tələbələri doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi və ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı tarixi Fərman və Sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər. 
BDU-nun Mətbuat və informasiya şöbəsi, 19 fevral 2019-cu il. 

 

Digər yazılar

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib