BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
140 18-02-2019

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. İki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay, ölkələrarası münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək ortaq dəyərlərə malik olduğumuzu bildirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir, müharibə şəraitinin Əfqanıstan mədəniyyətinə, o cümlədən təhsilinə də təsirsiz ötüşmədiyini deyib. O, Əfqanıstanda əsasən özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, hazırda təhsilin keyfiyyətinin artırılmasının aktual məsələlər sırasında olduğunu söyləyib.

BDU-nun əcnəbi məzunlarının peşəkarlığından danışan səfir bunu Azərbaycan təhsilinin yüksək səviyyədə olması kimi dəyərləndirib. Səfir X.Spelanay ölkəsininin peşəkar kadrlarla təmini baxımından BDU ilə Əfqanıstan universitetləri arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, səfirlik olaraq lazımi dəstək olacaqlarını  söyləyib.

Qonaq görüş çərçivəsində BDU-nun elm və tədris mərkəzləri ilə yaxından tanış olub.

 

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub