BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
81 15-02-2019

Firudin Qurbanov fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb.

Müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işlərə diqqət çəkən Firudin Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. Firudin Qurbanov qeyd edib ki, kafedralarda doktorantların dissertasiya işlərinin mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunması, tədqiqatcılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilməlidir. Mövzular muəyyənləşdirilərkən еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişaf etməsini təmin edən prioritet istiqamətlər nəzərə alınmalıdır. 
Azərbaycan alimlərinə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən Firudin Qurbanov dünya elminə inteqrasiya məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar “ikili diplom”, doktorantların xarici ölkələrə ezam edilməsi, tədqiqatları üçün müvafiq şəraitin yaradılması məsələlərindən danışıb.
Tədbirdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıblar.

Mətbuat və informasiya şöbəsi, 15 fevral 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər