BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
110 11-02-2019

Firudin Qurbanov Çex səfiri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, iki ölkə arasında diplomatik əməkdaşlığın yaranmasından keçən müddət ərzində böyük nəticələr əldə edildiyini bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında qurulan əlaqələri qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Çexiya universitetlərinin əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə imzalanmış layihələrin nəticəsi olaraq tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edən F.Qurbanov, 1960-cı illərdən etibarən iki ölkə universitetləri arasında təşkil olunan və əsasən təbiət fakültələrinin müəllim-tələbələrinin iştirak etdikləri yay məktəbləri ənənəsinin də davam etdiyini vurğulayıb.

BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, öz növbəsində, xoş qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğundan razılıq ifadə edərək, ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələri üzrə layihələri dəstəkləyən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Digər yazılar

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib