BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
37 11-02-2019

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Fevralın 11-də Bakı Dövlət Universitetində (BDU) SABAH III Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib. Tədbirdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev bu qrupların fəaliyyəti haqqında təqdimat edib.

SABAH III Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. SABAH qruplarının əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən F.Qurbanov bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. F.Qurbanov əlavə edib ki, SABAH qruplarının 2018-ci il məzunlarının 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi işlə təmin edilib.

Daha sonra çıxış edənlər Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.

SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. SABAH III Karyera Qış Məktəbində 80 tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq. SABAH III Karyera Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək. SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.

Digər yazılar

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

“Hər otqda bir bayram”: BDU THİK yataqxanada yaşayan tələbələri təbrik etdi

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir” mövzusunda elmi seminar keçirilib

BDU-nun Qazax filialında Novruz bayaramı qeyd olunub

BDU-da “Təhsil proqramlarının özünü təhlilinin aparılması” mövzusunda seminar keçirilib

Tarix fakültəsində BDU-nun və fakültənin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərə start verilib

BDU-nun Qazax filialında “Vətən sərhəddən başlayır” filminin nümayişi olub

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib

BDU-nun“Gənc İstedadlar” liseyində  konfrans keçirilib

"Tələbədən Tələbəyə" layihəsinin 7-ci mövsümü başlayıb

«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

Professor Yeganə İsmayılovanın “Anarın Dədə Qorqud yaradıcılığı” kitabının təqdimatı keçirilib

BDU-da Yaponiya Təhsil Sərgisi keçirilib

“Kitab qurdu” adlı klub yaradılıb

“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub

Bakı Dövlət Universitetində Macarıstanlı səfirlə görüş olub