BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 sentyabr 1919-cu il - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti (2 fakültə ilə - Tibb və Tarix-filologiya) təsis edilib. 1 sentyabr 1943-cü il - Geologiya-coğrafiya fakültəsi yaradılıb.1 sentyabr 1962-ci il - Kitabxanaçılıq fakültəsi müstəqil fəaliyyətə başlayıb.2 sentyabr 1938-ci il - Faydalı qazıntılar kafedrasının müdiri (1986-cı ildən), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vasif Məmməd Ağa oğlu Babazadə anadan olub. 2 sentyabr 1997-ci il - BDU-da Magistratura pilləsinə ilk dəfə qəbul keçirilib.3 sentyabr 2010-cu il - Rusiya Federasiyasının Prezidenti Dmitri Anatolyeviç Medvedev BDU-nun Fəxri doktoru seçilib.6 sentyabr 1964-cü il - indiki əsas tədris korpusu qismən istifadəyə verilib.7 sentyabr 2001-ci il - Türkiyənin “Doğan” Şirkətlər Qrupunun prezidenti Aydın Doğan BDU-nun Fəxri doktoru seçilib.7 sentyabr 2009-cu il - BDU-da Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 22-ci qurultayı keşirilib.8 sentyabr 1919-cu il - Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edib. 9 sentyabr 1921-ci il - Astrofizika kafedrasının müdiri (1975-1992), AMEA-nın müxbir üzvü, professor Rəhim Əyyub oğlu Hüseynov (1921-2012) anadan olub.10 sentyabr 1933-cü il -Biofizika kafedrasının müdiri (1976-1993), professor Tofiq Hüseyn oğlu Məmmədov (1933-1993) anadan olub.13 sentyabr 1909-cu il - Ümumi dilçilik kafedrasının müdiri (1940-1951), Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) anadan olub. 13 sentyabr 2002-ci il - Rektor, akademik Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının prezidenti (2002-2004) seçilib.13 sentyabr 2012-ci il - BDU-da Yunus Əmrə İnstitutu açılıb.15 sentyabr 1922-ci - Ümumi fizika kafedrasının professoru (1950-1980), Əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov (1922-1980) anadan olub. 15 sentyabr 2006-cı il - BDU-da Boloniya sisteminin tətbiqinə başlanıb.15 sentyabr 2008-ci il - Ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olub.15 sentyabr 2010-cu il - BDU-da “Avtomaşlaşdırılmış Meteo stansiya” istifadəyə verilib. 17 sentyabr 1929-cu il - BDU-nun prorektoru (1988-1994), Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiri(1994-2017), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) anadan olub.18 sentyabr 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. 19 sentyabr 1921-ci il - BDU-da Həmkarlar İttifaqının Yerli Komitəsi (indiki HİK) yaradılıb. 20 sentyabr 1907-ci il - Mexanika-riyaziyyat fakültəsinin dekanı (1953-1965), Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri (1939-1965), Əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1980) anadan olub.20 sentyabr 1928-ci il - BDU-nun rektoru (1993-1996), Beynəlxalq hüquq (1960-1965) və Konstitusiya hüququ kafedralarının müdiri (1965-2012), Milli Məclisin sədri (1996-2005), Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov (1928-2012) anadan olub. 20 sentyabr 1929-cu il - Politologiya və sosiologiya (Elmi kommunizm) kafedrasının müdiri (1967-1997), Əməkdar elm xadimi, professor Həsən İsmayıl oğlu Şirəliyev (1929-1997) anadan olub. 20 sentyabr 1932-ci il - Analitik kimya kafedrasının professor (1960-2001), Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri ( 2001-2017), Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) anadan olub.21 sentyabr 1959-cu il - Filologiya fakültəsinin dekanı (1993-2001),Türkologiya kafedrasının professor (1991-2000), Ümumi dilçilik kafedrasının müdiri (2000-2017), Milli Məclisin deputatı (II , III və IV çağırış ), Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov anadan olub.21 sentyabr 1961-ci il - BDU-da Hesablama Mərkəzi yaradılıb.23 sentyabr 1928-ci il - Fizika fakültəsinin dekanı (1978-1988), Maddə quruluşu kafedrasının müdiri (1972-1992), AMEA-nın müxbir üzvü, professor Sabir Əbdülmanaf oğlu Hacıyev (1928-2013) anadan olub.29 sentyabr 1919-cu il - BDU-nun ilk nizamnaməsi qəbul edilib. 29 sentyabr 1928-ci il - Nəzəri mexanika kafedrasının dosenti (1951-1957), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Qırmızı Əmək Bayrağı"və "İstiqlal" ordenləri laureatı, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006) anadan olub. 29 sentyabr 1987-ci il - BDU-da Elmi-tədqiqat hissəsi (ETH) yaradılıb.
97 02-02-2019

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd edib.


Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.


Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.


Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb.


Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.


Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qarabağ qazisi Kamil Musəvi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation”un təsisçisi Fəridə Əsgərzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Ülkər Əsədova, şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu, “ASAN” könüllüsü Emilya Bayramova çıxış ediblər.


Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib.


TədbirAzərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.


Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının təmsilçiləri də iştirak ediblər.

Digər yazılar

Ural Federal Universitetinin rektoru BDU-da olub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub 

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

Bakı Dövlət Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb

BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edir

BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilib

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu Türkanə Mehdiyeva: “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb