BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 sentyabr 1919-cu il - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti (2 fakültə ilə - Tibb və Tarix-filologiya) təsis edilib. 1 sentyabr 1943-cü il - Geologiya-coğrafiya fakültəsi yaradılıb.1 sentyabr 1962-ci il - Kitabxanaçılıq fakültəsi müstəqil fəaliyyətə başlayıb.2 sentyabr 1938-ci il - Faydalı qazıntılar kafedrasının müdiri (1986-cı ildən), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vasif Məmməd Ağa oğlu Babazadə anadan olub. 2 sentyabr 1997-ci il - BDU-da Magistratura pilləsinə ilk dəfə qəbul keçirilib.3 sentyabr 2010-cu il - Rusiya Federasiyasının Prezidenti Dmitri Anatolyeviç Medvedev BDU-nun Fəxri doktoru seçilib.6 sentyabr 1964-cü il - indiki əsas tədris korpusu qismən istifadəyə verilib.7 sentyabr 2001-ci il - Türkiyənin “Doğan” Şirkətlər Qrupunun prezidenti Aydın Doğan BDU-nun Fəxri doktoru seçilib.7 sentyabr 2009-cu il - BDU-da Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 22-ci qurultayı keşirilib.8 sentyabr 1919-cu il - Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edib. 9 sentyabr 1921-ci il - Astrofizika kafedrasının müdiri (1975-1992), AMEA-nın müxbir üzvü, professor Rəhim Əyyub oğlu Hüseynov (1921-2012) anadan olub.10 sentyabr 1933-cü il -Biofizika kafedrasının müdiri (1976-1993), professor Tofiq Hüseyn oğlu Məmmədov (1933-1993) anadan olub.13 sentyabr 1909-cu il - Ümumi dilçilik kafedrasının müdiri (1940-1951), Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) anadan olub. 13 sentyabr 2002-ci il - Rektor, akademik Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının prezidenti (2002-2004) seçilib.13 sentyabr 2012-ci il - BDU-da Yunus Əmrə İnstitutu açılıb.15 sentyabr 1922-ci - Ümumi fizika kafedrasının professoru (1950-1980), Əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov (1922-1980) anadan olub. 15 sentyabr 2006-cı il - BDU-da Boloniya sisteminin tətbiqinə başlanıb.15 sentyabr 2008-ci il - Ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olub.15 sentyabr 2010-cu il - BDU-da “Avtomaşlaşdırılmış Meteo stansiya” istifadəyə verilib. 17 sentyabr 1929-cu il - BDU-nun prorektoru (1988-1994), Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiri(1994-2017), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) anadan olub.18 sentyabr 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. 19 sentyabr 1921-ci il - BDU-da Həmkarlar İttifaqının Yerli Komitəsi (indiki HİK) yaradılıb. 20 sentyabr 1907-ci il - Mexanika-riyaziyyat fakültəsinin dekanı (1953-1965), Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri (1939-1965), Əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1980) anadan olub.20 sentyabr 1928-ci il - BDU-nun rektoru (1993-1996), Beynəlxalq hüquq (1960-1965) və Konstitusiya hüququ kafedralarının müdiri (1965-2012), Milli Məclisin sədri (1996-2005), Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov (1928-2012) anadan olub. 20 sentyabr 1929-cu il - Politologiya və sosiologiya (Elmi kommunizm) kafedrasının müdiri (1967-1997), Əməkdar elm xadimi, professor Həsən İsmayıl oğlu Şirəliyev (1929-1997) anadan olub. 20 sentyabr 1932-ci il - Analitik kimya kafedrasının professor (1960-2001), Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri ( 2001-2017), Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) anadan olub.21 sentyabr 1959-cu il - Filologiya fakültəsinin dekanı (1993-2001),Türkologiya kafedrasının professor (1991-2000), Ümumi dilçilik kafedrasının müdiri (2000-2017), Milli Məclisin deputatı (II , III və IV çağırış ), Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov anadan olub.21 sentyabr 1961-ci il - BDU-da Hesablama Mərkəzi yaradılıb.23 sentyabr 1928-ci il - Fizika fakültəsinin dekanı (1978-1988), Maddə quruluşu kafedrasının müdiri (1972-1992), AMEA-nın müxbir üzvü, professor Sabir Əbdülmanaf oğlu Hacıyev (1928-2013) anadan olub.29 sentyabr 1919-cu il - BDU-nun ilk nizamnaməsi qəbul edilib. 29 sentyabr 1928-ci il - Nəzəri mexanika kafedrasının dosenti (1951-1957), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Qırmızı Əmək Bayrağı"və "İstiqlal" ordenləri laureatı, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006) anadan olub. 29 sentyabr 1987-ci il - BDU-da Elmi-tədqiqat hissəsi (ETH) yaradılıb.
114 28-01-2019

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

F.Qurbanov ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

F.Qurbanov son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, çıxışında qeyd etdi ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür.

Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin  formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradacaqdır.

Son 10 ildə Azərbaycan təhsilində ciddi islahatların aparılmasına, təhsilin keyfiyyətinin yüksəlməsi naminə görülən işlərə diqqən çəkən F.Qurbanov, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universtetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. F.Qurbanov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilməsi haqqında qərarların qəbul olunduğunu da bildirib.

Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev göstərilən diqqətə görə Firudin Qurbanova dərin minnətdarlığını bildirib və ölkələr arasında qardaşlıq münasibətlərinin inkişafından danışıb. Tacikistan Respublikasında aparılan islahatlar və yeniliklər haqqında məlumat verən səfir Rustam Soliyev Azərbaycan ali təhsil ocaqlarında təhsil alan tacikistanlı tələbələr barədə danışaraq növbəti tədris ili üçün bu tələbələrin sayının artırılacağına ümidvar olduğunu bildirib. Bakı Dövlət Universitetinin tələbələri ilə görüşmək istəyini bildirən səfir gələcəkdə BDU-da Tacikistan Respublikası güşəsinin yaradılmasını təklif edib. Səfir Rustam Soliyev 2012-ci ildə Tacikistan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış müqaviləni xatırladaraq, bu istiqamətdə işlərin davamını, müqavilələrin yenilənməsi və birgə lahiyələrin hazırlanmasını vurğulayıb. Ölkələrimiz və ali təhsil müəssələrimiz arasında ikitərəfli  münasibətləri yuksək qiymətləndirən səfir təhsil sahəsində, o cümlədən BDU ilə Tacikistanın universitetləri arasında əlaqələrinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə əmin olduğunu bildirib.

Mətbuat və informasiya şöbəsi, 28 yanvar 2019-cu il.

Digər yazılar

İraq səfiri BDU-da olub

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub