BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
193 16-01-2019

Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir

Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib.

İctimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

İmtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü ilə tanış olan İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar Tədris Departamenti nəzdindəki monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyib, yazı işlərinin kodlaşdırılması ilə tanış olub, imtahanların təşkilinə və aparılmasına baxış keçiriblər.

Məlum olub ki, 23 mindən artıq bakalavr və magistrantın iştirak etdiyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.

İmtahanlara baxış keçiriləndən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələrinin Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovla görüşü zamanı imtahanların təşkili və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, F.Qurbanov universitetdə görülən işlər, yeniliklər barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq yubileyə hazırlıq, tədbirlərin YUNESKO, İSESKO-da qeyd edilməsi, elmi-praktik konfransların, universitetin tarixini əks etdirən müxtəlif nəşrlərin hazırlanması məsələlərindən danışıb.

İctimai şuranın üzvləri və imtahan prosesinə baxış keçirən digər iştirkaçılar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir edib, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yeni tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

 

Mətbuat və informasiya şöbəsi, 16 yanvar 2019-cu il

Digər yazılar

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib