BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
169 03-01-2019

Bakı Dövlət Universitetində imtahan sessiyası başlayıb

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilininpayız semestrinin imtahan sessiyası başlayıb. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov imtahan başlamazdan əvvəl dekanlar, koordinator-müəllim və rəhbər koordinatorlarla görüşüb. Firudin Qurbanov imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, 22 minə yaxın bakalavr və 1523 nəfər magistrantın iştirak etdiyi imtahanlar yanvarın 3-dən 31-dək keçiriləcək.

İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Onu da qeyd edək ki, imtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub. 

Mətbuat və informasiya şöbəsi, 03 yanvar 2019-cu il.

Digər yazılar

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu Türkanə Mehdiyeva: “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib