BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
36 27-12-2018

Geologiya fakültəsində Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Geologiya fakültəsində Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri, dosent Məhluqə Məmmədova yeni seçilmiş Şura üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib.

Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova yenidən Şuranın elmi katibi seçilib. İclasda tələbələrin qış imtahan sessiyasına hazırlığının müzakirəsi, tədris ilinin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, fakültədə doktorant və dissertantların attestasiyası və digər cari məsələlər müzakirə olunub.

Daha sonra dosent Məhluqə Məmmədova Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovun “Kalsium və nadir torpaq elementlərin, silikatların müqayisəli kristallokimyası” (rus dilində) və “Azərbaycan mineralları” (rus, azərbaycan və ingilis dillərində) adlı monoqrafiyalarının  İspaniyanın Barselona şəhərində Beynəlxalq kitab sərgisində nümayiş olunması və “Qızıl medal”a layiq görülməsi barədə məlumatı elmi şura üzvlərinin nəzərinə çatdırıb. Sonda bütün fakültə əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək  elmi-pedaqoji fəaliyyətlərində və həyatlarında uğurlar və nailiyyətlər arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2018-ci il

Digər yazılar

Hindistanın İndore Universitetinin professoru Sosial iş kafedrasında olub

İctimaiyyət nümayəndələri BDU-da imtahan prosesini izləyib

Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir

Professor Məhəmmədəli Ramazanov "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilib

BDU-nun Qazax filialında 20 Yanvar şəhidləri anılıb

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

Rektor bir qrup tələbə ilə görüşüb

BDU-nun Qazax filialında imtahan sessiyası başlayıb

Bakı Dövlət Universitetində imtahan sessiyası başlayıb

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetinin əməkdaşları qalib olub, şagirdləri isə fərqlənmə diplomu alıblar

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycan folklorunda dil problemi” mövzusunda elmi seminar keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Beynəlxalq ərəb dili gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

BDU əməkdaşları beynəlxalq elmi-praktik konfransda çıxış ediblər

Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçına hazırlıq çərçivəsində könüllülüklə bağlı tədbir olub

BDU tələbələrinin təqdimatında “Müşfiqli Günlər”

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib

BDU-nun Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib