BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
184 27-12-2018

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Firudin Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini xatırladan Firudin Qurbanov ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, professor Ziyafət Əsgərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev isə Həmrəylik Gününün tarixindən bəhs edərək, bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.

Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar hazırlanmış filmin nümayişi olub və tədbir Bakı Dövlət Universitetinin özfəaliyyət kollektivinin təqdimatında bədii hissə ilə yekunlaşıb.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2018-ci il.

Digər yazılar

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

BDU-da “Tokyo Boeki RUS LLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

Kimya fakültəsinin magistrı “I2B-İdeyadan biznesə” layihəsi üzrə respublika turuna vəsiqə qazanıb

BDU-da imtahan sessiyası başlayıb

BDU-nun əməkdaşları Türkiyənin Sivas Cümhuriyyət Universitetində olublar

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

BDU-nun Qazax filialında 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib

BDU-da 28 May – Respublika Günü qeyd edilib

Filologiya fakültəsinin tələbələri “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsinin qalibi olub

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-da “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı elmi seminar keçirilib