Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov bütün dünya azərbaycanlılarının böyük sevinc və fərəh hissə ilə qeyd etdikləri həmrəylik günü haqqında danışaraq bu bayramın Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının qloballaşan dünyada monolitliyini təmin etmək məqsədi ilə təsis etdiyini bildirib. Eyni zamanda, Prezident İlham Əliyevin xalqımızın vahidliyi, birliyi məqsədilə həyata keçirdiyi siyasəti, diaspor təşkilatlarımıza verdiyi dəstəyi xüsusilə qeyd edib.
D.Qənbərovun 2018-ci ili rəhbərlik etdiyi təşkilatın fəaliyyətində səmərəli il olduğunu diqqətə çatdırıb və bu qurum tərəfindən keçirilən silsilə tədbirləri xüsusilə qeyd edib.
Tədbirdə universitetin aktiv tələbələrindən Manaf Talıbov və Taleh Mansurov çıxış ediblər.
Tədbirin sonunda 2018-ci il ərzində universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup fəal tələbəyə BDU THİK-nin Fəxri fərmanı və pul mükafatları təqdim olunub.
Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2018-ci il.
Digər yazılar
TGT "Ağ ölüm" adlı seminar keçirib
BDU TGT üzvləri konfransda iştirak ediblər
BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib
“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub
Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub
Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib
BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?
Fizika fakültəsində intellektual oyun
BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib
BDU-da intellektual oyun keçirilib
Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib
BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib
BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib
BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib
BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib
BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə
BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər
BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib
Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər