BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1049 21-12-2018

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Azərbaycan Tarix Qurumu, Diasporla iş üzrə Dövlət Komitəsi və Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda  III Beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Tədbiri giriş sözü ilə Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açaraq konfransın işinə uğurlar arzulayıb. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Valeh Hacıyev və Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə konfransın təşkilinə görə universitet rəhbərliynə təşəkkürlərini bildirib, belə mühüm hadisənin qeyd edilməsini müsbət hal kimi qiymətləndiriblər.

Plenar iclas elmi məruzələrin dinlənilməsi ilə davam edib. Professor Anar İsgəndərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri”, dosent Firdovsiyyə Əhmədova “ Sovet Rusiyasının Azərbaycana münasibətdə “müstəqillik” şüarından faydalanması” və dosent İlqar Niftəliyevin “1918-1919-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsində Böyük Britaniyanın siaysəti” adlı elmi məruzələri maraqla dinlənilib.

Konfrans işini 21-22 dekabr tarixlərində 19 bölmədə davam etdirəcək, 105 məruzə dinləniləcək.

Konfransa Türkiyə, Ukrayna, Qazaxıstan və Rusiyadan, eləcə də Azərbaycanın  digər bölgələrindən  araşdırmaçılar məruzələri ilə qatılıblar.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2018-ci il.

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

BMT BDU-da seminar keçirib