BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
139 21-12-2018

BDU-nun Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Məhəmmədəli Ramazanov Elmi Şuranın yeni seçilmiş üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dekan Fizika fakültəsində bakalavr səviyyəsində tədris olunan bütün fənnlərin proqramlarının toplu şəklində çap olunduğunu nəzərə çatdırdıqdan sonra fakültənin 2018-ci il üçün elmi hesabatını təqdim edib. O, bildirib ki, hesabat ilində beş qrant layihəsi üzrə işlər davam etdirilib, bu layihələr çərçivəsində fakültənin bir sıra əməkdaşları xarici elmi mərkəzlərdə və universitetlərdə elmi ezamiyyətlərdə olublar. 2018-ci ildə fakültədə 1 beynəlxalq, 1 respublika elmi konfransı keçirilib, 285 məqalə (o cümlədən respublika jurnallarında 143, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 42, Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda 74 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 12, “B” kateqoriyalı jurnallarda 22, “C” kateqoriyalı jurnallarda 40 məqalə) çap olunub. Professor M. Ramazanov qeyd edib ki, bütövlükdə universitet fizikləri 2018-ci ildə 25 məqalə A kateqoriyalı, 37 məqalə B kateqoriyalı, 51 məqalə C kateqoriyalı jurnallarda, bütövlükdə bu günə kimi Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda  123 məqalə  dərc etdiriblər. Fizika fakültəsində elmi mühitin formalaşması istiqamətində ciddi işlər aparılır və bakalavr səviyyəsində Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə elmi seminarlar təşkil olunur və bu seminarlara fakültədə istedadlı tələbələr cəlb edilir. Ayda iki dəfə magistrantların elmi seminarları, ayda bir dəfə professor-müəllim heyətinin elmi seminarları keçirilir. Elmi hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub

Qeyd edək ki, Fizika fakültəsinin Elmi Şurasının katibi vəzifəsinə professor Rəna Qasımovanın namizədliyi irəli sürülüb və Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Cari məsələlər müzakirə edildikdən sonra Elmi Şuranın iclası başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub