BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
155 20-12-2018

Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

Bakı Dövlət Universitetinin Böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet alimlərinin elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub.

Universitetin rektoru vəzifəsini icra edən professor İradə Əliyeva giriş sözü ilə çıxış edərək gündəlikdə olan məsələləri diqqətə çatdırıb, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq 2019-cu ildə silsilə yubiley tədbirlərinin keçiriləcəyindən, bu istiqamətdə görülən işlərdən bəhs edib. O, 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məruzə edib.

Sonra BDU-nun Tədris Metodiki Şurasının sədri, akademik Vasif Babazadəson beş ildə görülən işlər barədə məlumat verib. Şuranın fəaliyyətini dörd istiqamətdə təqdim edən akademikin sözlərindən məlum olub ki, Şura tədrisin təşkili, keyfiyyət və monitorinq, nəşriyyat hüququ, anket sorğusu və fakültə Tədris Metodiki şuralarının fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Karyera, praktika və məzunlarla əlaqə şöbəsinin müdiri, professor Adil Xasayev isə rəhbərlik etdiyi şöbəin bir illik fəaliyyəti barədə hesabatla çıxış edib.

Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Fizika fakültəsinin professoru Əli Hüseynov və Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın məruzələr ətrafında çıxışları və təklifləri dinlənilib.

Sonra Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı böyük xidmətlərinə görə və yubileyləri münasibətilə bir qrup əməkdaşa “Təşəkkür” elan olunub, Fəxri fərman və pul mükafatı təqdim edilib.

İclas elmi adların verilməsi və cari məsələlərin müzakirə olunması ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub