Bakı Dövlət Universitetində İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rektorun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən, o cümlədən İndoneziya ilə təhsil və elm sahəsində əməkdaşlığın önəmindən bəhs edib.
Səfir Hüsnan Bey Fananini, öz növbəsində İndoneziya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirildiyini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrə dəstək olacağını qeyd edib.
Görüşdə universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İndoneziya Universitetinin prorektoru Prof.Dr.Bambang Vibavarta və mütəxəssisi Dr.Untung Yuvono olub.
Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.
Digər yazılar
İraq səfiri BDU-da olub
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar
Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib
BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir
BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib
BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək
Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb
Küveytli professor BDU-da olub
BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub
Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da
İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib
BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb
Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub