BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
254 17-12-2018

“Millət yaddaşının keşikçisi” kitabının təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, akademik Rəfael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonaqları salamlayaraq, “Millət yaddaşının keşikçisi” kitabı barədə qısa məlumat verib. O, qeyd edib ki, Azərbaycan elmi və ədəbi mühiti, eləcə də  geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış alim və pedaqoq, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.

Tədbirin moderatoru Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əməkdar jurnalist Şirməmməd Hüseynovu doğum günü münasibətilə təbrik edib, təqdim edilən kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirib.

Daha sonra kitabın müəllifi Rəfael Hüseynov çıxış edərək vurğulayıb ki, Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor, elm, ziyalılıq, təhsil müstəvisində böyük və maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Ş.Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdəndir. O, Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət götərir. Araşdırmaları və əsərləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması və bilinməsi üçün mötəbər təməllər yaratmış, cümhuriyyət dövrü milli parlamentimizin şanlı səhifələrini müasir və gələcək nəsillərə çatdıran qiymətli kitablar silsiləsi doğurmuşdur.

Tədbirdə iştirak edən akademik, geologiya-minerologiya elmləri doktoru Vasif Babazadə, Millət vəkili, akademik Nizami Cəfərov, Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli,  Əməkdar elm xadimi, tarix elmləri doktoru Solmaz Tohidi Rüstəmova çıxış edərək Şirməmməd Hüseynovun həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Ş.Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Qeyd edək ki, kitab Azərbaycan Parlamentinin100 yaşına və Məclis-i Məbusanı şərəf tariximizin parlaq səhifəsinə çevrilmiş qurucu babaların işıqlı xatirəsinə ithaf edilir.

Sonda professor Şirməmməd Hüseynov hər kəsə göstərdiyi diqqətə görə öz minnətdarlığını ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub