BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
101 14-12-2018

BDU-nun Filologiya fakültəsinin tələbələri ölkəmizi Kazanda keçirilmiş beynəlxalq festivalda uğurla təmsil edib

09-12 dekabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində “Təhsilin inkişafı” Dövlət Proqramı çərçivəsində Rusiya xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarına həsr olunmuş şagird və tələbələrin beynəlxalq festivalının yekun turu keçirilib.

Festivalın əsas məqsədi mənəvi mədəniyyətin qurulması, qorunması və ötürülməsi istiqamətində Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan ölkələrin dilləri və ədəbiyyatlarının, rus dili və ədəbiyyatının başlıca vasitə kimi mövqelərinin möhkəmləndirilməsi, həmçinin rus dilinin Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarında mədəniyyətlərarası dialoq və yaradıcı özünüifadə vasitəsi kimi təbliğidir.

Festival iki turdan -  regional və yekun mərhələlərdən ibarət olub. İlk mərhələ - regional tur 15-20 oktyabr 2018-ci il tarixlərində baş tutub. Yekun tur isə 09-12 dekabr 2018-ci il tarixlərində Kazan Federal Universitetinin bazasında keçirilib.

Festivalın auditoriyası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan (Qaraqalpaqıstan), eləcə də Rusiya Federasiyasının Kalmıkiya, Komi, Altay, Saxa (Yakutiya), Buryatiya, Xakasiya, Kabardin-Balkar, Mordoviya, Tatarıstan, Udmurtiya və bir sıra digər milli respublikalarının istedadlı tələbə gənclərini əhatə edib.

Bu mötəbər tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin Filologiya fakültəsi rus bölməsinin IV kurs tələbələri Cəmilə Şərafutdinova və Zümrüd Məmmədova təmsil edib. 130-dan artıq iştirakçı arasında Zümrüd Məmmədova festivalın qalibi olub, ona 2-ci dərəcəli diplom təqdim edilib. Cəmilə Şərafutdinova isə festivalın mükafatçısı olub.  

Tələbələrin elmi rəhbəri, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Aqil Hacıyev və festivalın regional turunun təşkilində və keçirilməsində fəal iştirakına görə BDU-nun Filologiya fakültəsinin dekan müavini, dosent Cavanşir Muradov festivalın Təşkilat komitəsi tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb.  

Festivalın keçirildiyi müddətdə Kazan Federal Universitetinə, şəhərin ən yaxşı muzeylərinə, tarixi yerlərinə ekskursiyalar təşkil olunub, aparıcı mütəxəssislərin iştirakı ilə milli ədəbiyyatların problemləri üzrə dəyirmi masalar, ustad dərsləri, tatar yazıçı, şair və tərcüməçiləri ilə yaradıcı görüşlər keçirilib.

Digər yazılar

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib