BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
244 12-12-2018

BDU-nun SABAH qruplarının təqdimatında məhkəmə simulyasiyası

Bakı Dövlət Universitetinin  hüquqşünaslıq ixtisası üzrə III  kurs SABAH qruplarının tələbələri tərəfindən 900 saylı auditoriyada səhnələşdirilmiş Konstitusiya Məkhəməsi icraatı  üzrə məhkəmə prosesi təşkil edilib. Həmin kursda Əmək hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş məhkəmə prosesi rol oyunları metodundan istifadə etməklə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.4-cü maddəsinin müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (Dövlətin əsas məqsədi), 16- cı (Sosial inkişaf və dövlət), 35- ci ( Əmək hüququ), 38- ci (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 147- ci (Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi) və 149- cu ( Normativ hüquqi aktlar) maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı olub. Məhkəmə prosesində rolları tələbələrdən - hakimlər  Jalə Kərimli (sədr), Kamran Xəlilov ( məruzəçi-hakim), Elgün Cəfərov,  Günel Calalova, Həcər Qurbanlı, İlkin Bayramlı, Mirzağa Yaqubzadə, Töhfə Abdullayeva, Ayla Vəliyeva,  məhkəmə katibi Arzu Məmmədova, ekspert Jalə Bayramova, mütəxəssislər Lalə Şadlinskaya və Müjgan Mansurova məharətlə səhnələşdiriblər. Sonda məhkəmə prosesi geniş müzakirəsi keçirilib və tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanıb.
Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub