BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
223 10-12-2018

BDU-nun Qazax filialında ulu öndərə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim və tələbə heyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin filialın foyesində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən slayd nümayiş etdirilib. BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, ulu öndərin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə olan ümidləri daha da gücləndirdi. Direktor müavini qeyd edib ki, ümummilli liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.
Filialın ictimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin həm də dünya şöhrətli siyasətçi olmasından söz açıb. Qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər var-qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr edərək, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.

Universitetin ictimai və təbiət fənləri kafedrasının müəllimi İmran Məmmədov, tarix və coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Laura İsmayılova və başqaları çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açıblar. Müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandığı zaman yalnız ümummilli lider Heydər Əliyevin xalqı bu bəladan xilas etdiyini və möhkəm sütunlar üzərində müstəqil Azərbaycan dövlətini qurduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filalının Mətbuat Mərkəzinin rəhbəri.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub