BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
156 07-12-2018

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları teleradio verilişlərinin dili ilə bağlı monitorinq keçiriblər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası ənənəvi monitorinqini  keçən il olduğu kimi, bu il də Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Mehriban Əlizadə və baş müəllim Təranə İsmayılova ilə keçirib.

“Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinq çərçivəsində 6 milli telekanalda  - Space TV, Lider TV, ATV, İctimai TV,  Xəzər TV və ARB TV-də yayımlanan verilişlərin dili tədqiqata cəlb edilib. Eyni zamanda, bir neçə yeni istiqamət üzrə iş aparılıb: ilk dəfə olaraq televiziya reklamlarının, dublyaj filmlərinin və 12 adda radionun  dilində ədəbi dil normalarına riayət olunması vəziyyəti araşdırılıb. Monitorinqin nəticələri haqqında 480 səhifəlik hesabat hazırlanıb və dərc edilib. Qeydə alınmış 4366 norma pozuntusunun təhlili və ümumiləşdirilməsi yolu ilə prosesin əsas istiqamətləri və xarakterik təzahür formaları müəyyənləşdirilib, nöqsanların qarşısının alınması məqsədilə konkret təkliflər irəli sürülüb.

5  dekabr 2018-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində monitorinqlərin nəticələrinə dair konfrans keçirilib. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli konfransı açaraq, teleradio məkanında ədəbi dilin qorunması vəziyyətindən danışıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövcud problemlərin həlli üçün ölkə başçısı tərəfindən bu il ərzində atılan addımlardan danışıb, cari monitorinqin ölkə başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının qarşıya qoyduğu tələblərlə səsləşdiyini qeyd edib.  Sonra  M.Əlizadə və T.İsmayılova hesabatla çıxış edib. Konfrans iştirakçıları öz çıxışlarında monitorinqin nəticələrini yüksək qiymətləndirib, ədəbi dilimizin teleradio məkanında tətbiqi vəziyyətinin yaxşılaşdırılması işinə verilmiş bir töhfə olduğunu xüsusi olaraq qeyd ediblər. Konfransın sonunda media nümayəndələri ilə müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub