BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
122 07-12-2018

BDU tələbələri XİN-in mətbuat katibi ilə görüşüblər

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Nərgiz Vəliyevanın təşəbbüsü ilə II kurs tələbələri Xarici İşlər Nazirliyində olublar. Belə ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları” fənninin “Xarici təhlükəsizlik strategiyası” seminarı XİN mətbuat katibi Leyla Abdullayevanın iştirakı ilə keçirilib. L.Abdullayeva xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzular ətrafında fikirlərini bölüşüb. Daha sonra mətbuat katibi tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Görüş çərçivəsində tələbələr XİN-in muzeyi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu ilin oktyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən L.Abdullayeva BDU-nun məzunu olub.

Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər