BDU-da “Springer” məlumat bazasından istifadə və məqalələrin beynəlxalq elmi jurnallarda dərc olunması qaydalarına həsr olunmuş tədbir
Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Elektron Resursların İşlənməsi” mövzusunda “Springer” məlumat bazasından istifadə və məqalələrin beynəlxalq elmi jurnallarda dərc olunması qaydalarına həsr olunmuş tədbir keçirilib. Tədbiri Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva açaraq onun əhəmiyyəti və bu istiqamətdə görülən işlər barədə danışıb.
“Springer Nature” Nəşriyyatının Azərbaycan üzrə təmsilçisi Merve Okur Karagülle təmsil etdiyi şirkətin profili, Azərbaycanda “Springer” tədqiqatlarının nəticələri və əməkdaşlığın perspektivləri barədə məlumat verib.
Adıçəkilən nəşriyyatın satış direktoru Şahin Giray isə effektiv əlaqələndirici, məqalə əlyazmasının çapa hazırlanması, düzgün jurnal seçimi və çap üçün təqdim olunma prosesi istiqamətində çıxış edib.
Tədbirdə Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, AMEA-nın Elmi Kitabxanası, Texniki Universitetin nümayəndələri konsorsiumda məsuliyyət daşıyan şəxslər qismində iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkəmiz üzrə milli əlaqələndiricisi, BDU Elmi kitabxanasını Beynəlxalq informasiya mübadiləsi şöbəsinin müdiru Cəmilə Yusifova da iştirak edib.
Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2018-ci il.
Digər yazılar
BDU-nun beynəlxalq əlaqələri genişlənir
BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib
BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər
BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar
BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki
BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub