BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
131 06-12-2018

BDU Web of Science-də lider universitet nominasiyası üzrə qalib olub

Bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib. Təhsil naziri Ceyhun Bayramov mərasimdə çıxış edərək son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması və dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti ilə əlaqələrdən danışıb. Məlum olub ki, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru Izabel Reiss, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan danışıblar.

Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

Bakı Dövlət Universiteti Web of Science bazasına daxil olan jurnallarda ən çox məqalə dərc etdirən lider universitet nominasiyası üzrə qalib olub.

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-də birgə çap olunan və  Web of Science Core Collection-də indekslənən Q1 jurnalları arasında yer tutan ”Applied and Computational Mathematics” jurnalı da mükafata layiq görülüb.

Bundan əlavə, universitetin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  və  Kimya fakültəsinin dosenti Ataş Qurbanov təbiət elmləri üzrə  Web of Science-də ən məhsuldar müəllif nominasiyası üzrə qalib olublar.

BDU-nun Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, professor Nizami Həsənli, Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşı Kamran Mahmudov isə Azərbaycan diaspora elminin inkişafı və dəstəyindəki xidmətlərinə görə mükafata layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2018-ci il.

Digər yazılar

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər

“100 illik xəzinə” radioverilişinin növbəti buraxılışları yayımlanıb

BDU-nun kafedra müdiri "Şöhrət" ordeninə layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib