BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
379 06-12-2018

BDU-da Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Ən yaxşı şeir” müsabiqəsi keçirilib

BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Ən yaxşı şeir” müsabiqəsi  keçirilib.  Tədbir  “Folklor” dərnəyinin üzvləri tərəfindən hazırlanıb. Müsabiqənin ərsəyə gəlməsində rolu olan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova giriş sözü ilə tədbiri açıq elan edib.

Müsabiqənin münsiflər heyətində Filologiya fakültəsinin elmi işlər və magistratura üzrə dekan müavini, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Xəlilov, kino aktyoru, istedadlı qiraət ustası  Kamran Yunis, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğlu yer alıb.

Müsabiqəyə tələbələr öz şeirləri  ilə qatılıb. İfalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tələbələrdən Cəmil Cəmilbəyli I yerin, Fərid Kərimov və Elnarə Talıbova II yerin, Şəlalə Nuriyeva III yerin qalibi olublar. Digər iştirakçılar təltifnamə və hədiyyələrlə qiymətləndirilib. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı Gülnar Musayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu İlahə Mahmudova tərəfindən “Sarı gəlin” mahnısı xalq və caz üslublarında ifa olunub. Onları kanonda BDU-nun Tarix fakültəsinin I kurs tələbəsi Səbinə Cəlilova müşayiət edib.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub