BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1401 05-12-2018

“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub

Bu gün Bakı Dövlət Universitetində “Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100”  adlı intellektual yarışmanın açılış mərasimi keçirilib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqi Komitəsinin təşkilati dəstəyi ilə keçirilən tədbiri layihə rəhbəri Səbuhi Abdullayev açaraq “Azərbaycan Xalq Cümhuriyyəti 100” adlı layihənin, eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirlər planına bir töhfə olacağına ümid etdiyini söyləyib və layihə haqqında məlumat verib.  
Bildirib ki, fərdi şəkildə keçirilən intellektual yarışma 3 turdan ibarət olacaq və tədbirin ilk turu 15 dekabr tarixində baş tutacaq. Bu tarixə qədər qeydiyyatdan keçən hər bir tələbə yarışda iştirak hüququ qazanacaq. İlk turda ən yüksək bal toplayan 100 tələbə ikinci tura vəsiqə qazanacaq. İkinci turda ən yüksək bal toplayan 20 iştirakçı üçüncü turda iştirak hüququ qazanacaq. Bu turda isə ən yüksək bal toplayan 10 tələbə sertifikat, 3 tələbə fəxri fərman, 50-ə yaxın tələbə isə həvəsləndirici, fərqləndirici mükafatlara layiq görüləcəklər.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Taleh Mansurov 100 illiyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetində təhsillə yanaşı tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində görülən işlərdən, həmçinin istedadlı tələbələrin inkişafına BDU THİK-in  dəstəyindən bəhs edib.

Tədbirdə həmçinin BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndrmə şöbəsinin müdiri Vaqif Qasımov, Mexanika-riyaziyyat fakültəsinin dekanı, proessor Nizaməıddin İsgəndərov çıxış edərək belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2018-ci il.

Digər yazılar

Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb

TGT "Ağ ölüm" adlı seminar keçirib

BDU TGT üzvləri konfransda iştirak ediblər

BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub

Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib

BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

Fizika fakültəsində intellektual oyun

BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib

BDU-da intellektual oyun keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib

BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib

BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib

BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib

BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə

BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər

BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib

Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

BDU-da tələbələr üçün seminar keçirilib