BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin nəzdində yaradılmış “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “XXI əsr insanı zaman və məkan kontekstində” adlı elmi-fəlsəfi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova XXI əsr insanının zaman və məkan etibarilə XX əsr insanından fərqləndiyini qeyd edib, elmi texniki inqilabların, texnika və texnologiyanın inkişafının XXI əsr insanın formaşalmasında yaratdığı dəyişikliklər, insan məfhumunun mənşəyi, onun haradan gələrək haraya doğru getməsi, artıq formalaşma mərhələsində olan XXI əsr insanın siması və nəzərdən keçirilən problemə müxtəlif yanaşmalar barədə danışıb.
Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov XXI əsr insanının texnika və texnologiyanın təsirinə daha çox məruz qalmasından və bu əsrdə də insanın proqressiv meyillərə yiyələnə biləcəyindən bəhs edib.
Sosial Elmlər və psixologiya fakültəsinin müəllimi Araz Əliyev, dosent Nəriman Süleymanov çıxışlarında müasir gənclərin fəaliyyətləri, bacarıq və istedadları ilə fərqlənmələrindən danışıblar.
Konfransda “Bəhmənyar klubu”nun sədri, fəlsəfə ixtisası II kurs tələbəsi Fərhad Seyfullazadə, TGT fakültə sədri İsa Bəylərli və digər tələbələr çıxış ediblər.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfrans mövzular ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.
Mətbuat və informasiya şöbəsi, 27 noyabr 2018-ci il.
Digər yazılar
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib
BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib
BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib
“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək
BDU-da elmi-fəlsəfi konfrans keçirilib
BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib
Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib
BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib
BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib
BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb
BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib
BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında
BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib
BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib
İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib
İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib