BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 sentyabr 1919-cu il - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti (2 fakültə ilə - Tibb və Tarix-filologiya) təsis edilib. 1 sentyabr 1943-cü il - Geologiya-coğrafiya fakültəsi yaradılıb.1 sentyabr 1962-ci il - Kitabxanaçılıq fakültəsi müstəqil fəaliyyətə başlayıb.2 sentyabr 1938-ci il - Faydalı qazıntılar kafedrasının müdiri (1986-cı ildən), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vasif Məmməd Ağa oğlu Babazadə anadan olub. 2 sentyabr 1997-ci il - BDU-da Magistratura pilləsinə ilk dəfə qəbul keçirilib.3 sentyabr 2010-cu il - Rusiya Federasiyasının Prezidenti Dmitri Anatolyeviç Medvedev BDU-nun Fəxri doktoru seçilib.6 sentyabr 1964-cü il - indiki əsas tədris korpusu qismən istifadəyə verilib.7 sentyabr 2001-ci il - Türkiyənin “Doğan” Şirkətlər Qrupunun prezidenti Aydın Doğan BDU-nun Fəxri doktoru seçilib.7 sentyabr 2009-cu il - BDU-da Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 22-ci qurultayı keşirilib.8 sentyabr 1919-cu il - Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edib. 9 sentyabr 1921-ci il - Astrofizika kafedrasının müdiri (1975-1992), AMEA-nın müxbir üzvü, professor Rəhim Əyyub oğlu Hüseynov (1921-2012) anadan olub.10 sentyabr 1933-cü il -Biofizika kafedrasının müdiri (1976-1993), professor Tofiq Hüseyn oğlu Məmmədov (1933-1993) anadan olub.13 sentyabr 1909-cu il - Ümumi dilçilik kafedrasının müdiri (1940-1951), Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) anadan olub. 13 sentyabr 2002-ci il - Rektor, akademik Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının prezidenti (2002-2004) seçilib.13 sentyabr 2012-ci il - BDU-da Yunus Əmrə İnstitutu açılıb.15 sentyabr 1922-ci - Ümumi fizika kafedrasının professoru (1950-1980), Əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov (1922-1980) anadan olub. 15 sentyabr 2006-cı il - BDU-da Boloniya sisteminin tətbiqinə başlanıb.15 sentyabr 2008-ci il - Ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olub.15 sentyabr 2010-cu il - BDU-da “Avtomaşlaşdırılmış Meteo stansiya” istifadəyə verilib. 17 sentyabr 1929-cu il - BDU-nun prorektoru (1988-1994), Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiri(1994-2017), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) anadan olub.18 sentyabr 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. 19 sentyabr 1921-ci il - BDU-da Həmkarlar İttifaqının Yerli Komitəsi (indiki HİK) yaradılıb. 20 sentyabr 1907-ci il - Mexanika-riyaziyyat fakültəsinin dekanı (1953-1965), Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri (1939-1965), Əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1980) anadan olub.20 sentyabr 1928-ci il - BDU-nun rektoru (1993-1996), Beynəlxalq hüquq (1960-1965) və Konstitusiya hüququ kafedralarının müdiri (1965-2012), Milli Məclisin sədri (1996-2005), Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov (1928-2012) anadan olub. 20 sentyabr 1929-cu il - Politologiya və sosiologiya (Elmi kommunizm) kafedrasının müdiri (1967-1997), Əməkdar elm xadimi, professor Həsən İsmayıl oğlu Şirəliyev (1929-1997) anadan olub. 20 sentyabr 1932-ci il - Analitik kimya kafedrasının professor (1960-2001), Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri ( 2001-2017), Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) anadan olub.21 sentyabr 1959-cu il - Filologiya fakültəsinin dekanı (1993-2001),Türkologiya kafedrasının professor (1991-2000), Ümumi dilçilik kafedrasının müdiri (2000-2017), Milli Məclisin deputatı (II , III və IV çağırış ), Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov anadan olub.21 sentyabr 1961-ci il - BDU-da Hesablama Mərkəzi yaradılıb.23 sentyabr 1928-ci il - Fizika fakültəsinin dekanı (1978-1988), Maddə quruluşu kafedrasının müdiri (1972-1992), AMEA-nın müxbir üzvü, professor Sabir Əbdülmanaf oğlu Hacıyev (1928-2013) anadan olub.29 sentyabr 1919-cu il - BDU-nun ilk nizamnaməsi qəbul edilib. 29 sentyabr 1928-ci il - Nəzəri mexanika kafedrasının dosenti (1951-1957), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Qırmızı Əmək Bayrağı"və "İstiqlal" ordenləri laureatı, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006) anadan olub. 29 sentyabr 1987-ci il - BDU-da Elmi-tədqiqat hissəsi (ETH) yaradılıb.
112 31-08-2018

Şəki şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub.
Unudulmaz xalq şairinin ev-muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 2015-ci il 27 oktyabr tarixli Sərəncamına əsasən yaradılıb.
Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında yerləşən muzeydə 2017-2018-ci illərdə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.
Mədəniyyət Nazirliyi rəsmilərinin, şəhər rəhbərliyinin, tanınmış ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışılıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunulub.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycanın ən nadir tarixi şəhərlərindən olan Şəkinin zaman-zaman Vətənə Mirzə Fətəli Axundzadə, Fətəli xan Xoyski, Rəşid bəy Əfəndiyev, Şəfiqə Axundova, Salman Mümtaz, Sabit Rəhman, Cövdət Hacıyev, Bəxtiyar Vahabzadə, Rasim Ocaqov, Emin Sabitoğlu kimi dəyərli ziyalılar, yaradıcı şəxsiyyətlər bəxş etdiyini bildirib. Vurğulanıb ki, gələcək nəsillər üçün zəngin irs və dəyərli nümunələr yadigar qoyan bu insanların xatirəsi ölkəmizdə, o cümlədən Şəkidə daim əziz tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Vətənin dəyərli ziyalılarının xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif sərəncamlar imzalayır, göstərişlər verir. Prezidentin imzaladığı “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncam, eyni zamanda, dövlətimizin başçısının qayğısı ilə inkişaf edən Şəki şəhərinin gözəlləşməsi istiqamətində atılmış dəyərli bir addımdır.
Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəstxətti olan şairlərdəndir. İstisnasız olaraq millətin bütün nümayəndələrinin, hər bir vətəndaşın sevgisini, rəğbətini qazanmış nadir söz sənətkarlarındandır. O, həm də istiqlal mücahidi, Azərbaycan xalqının taleyüklü məsələlərinə həssas yanaşan, milli mənafeləri müdafiə edən bir ziyalı olmuşdur.
Əbülfəs Qarayev bildirib ki, Azərbaycan dövlətinin görkəmli şairin yaradıcılığına diqqət və qayğısı yalnız bu muzeylə məhdudlaşmır. O, hər zaman müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, respublikanın ən ali mükafatlarından biri olan “İstiqlal” ordeninə layiq görülüb. Bakıda yaşadığı evə xatirə lövhəsi vurulub, şəhərin küçələrindən birinə onun adı verilib. Şəki şəhərində büstü ucaldılıb, adına park salınıb. 2015-ci ildə şairin 90 illik yubileyi bütün respublikada təntənəli şəkildə qeyd edilib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şəki ictimaiyyətini, ziyalıları əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Bu gün çox böyük tarixi vəzifəni həyata keçiririk. O adamın adına ev-muzeyi yaradılır ki, yaşadığı dövrdə öz adını tarixə yaza bilir. Elm adamının adı elm tarixinə, şairin, ədəbiyyatçının adı ədəbiyyat tarixinə yazılır. Ancaq elə adamlar da var ki, adları tarixə çoxtərəfli yazılır. Onların içərisində elm adamı da, akademik də, professor da, təhsil və digər sahələrdə çalışanlar da, ictimai-siyasi xadimlər də ola bilər. Ancaq bunların hamısının önündə milli təəssübkeşlik, yüksək vətəndaşlıq mövqeyi dayanır. O adam əməli işləri ilə bərabər yüksək vətəndaşlıq mövqeyində durursa və tarixə düşürsə, deməli, əbədi yaşayacaq, heç kim onu yaddan çıxarmayacaq. Bəxtiyar Vahabzadə məhz belə tarixi şəxsiyyətlərdəndir. Yaxşı ki, Azərbaycan xalqının belə nurlu ziyalısı olub”.
Abel Məhərrəmov muzeyə Bakı Dövlət Universitetinin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə bağlı nəşr etdirdiyi kitabı hədiyyə edib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, görkəmli ədibin ev-muzeyinin açılması unudulmaz xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin gələcək nəsillər üçün qorunub saxlanmasında, daim yad edilməsində böyük rol oynayacaq. Bəxtiyar Vahabzadə, sözün əsl mənasında, xalqın şairi idi. Onun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şairin xatirəsini əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il fevralın 19-da imzaladığı Sərəncama uyğun olaraq, Şəki şəhərindəki 1 nömrəli tam orta məktəbə və küçələrdən birinə Bəxtiyar Vahabzadənin adı verilib, şəhərin mərkəzində yerləşən parkda onun büstü qoyulub.
Mərasimdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan çıxış edərək, Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Bütün varlığı ilə sevdiyi doğma xalqının arzu və istəkləri, hiss və duyğuları onun ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olub. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət göstərib. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə onun yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. B.Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, digər türkdilli ölkələrdə də sevilə-sevilə oxunur.
Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə çıxış edərək, atasının ev-muzeyinin yaradılmasında əməyi olan bütün qurumların rəhbərlərinə ailəsi adından minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları muzeylə yaxından tanış olublar. Məlumat verilib ki, muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar, ümumilikdə, 735 eksponat yer alıb.

AZƏRTAC

Digər yazılar

Ural Federal Universitetinin rektoru BDU-da olub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub 

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

Bakı Dövlət Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb

BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edir

BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilib

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu Türkanə Mehdiyeva: “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb