BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
218 15-11-2018

BDU-nun SABAH qruplarının tələbələri Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində olublar

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin SABAH qruplarının 4-cü kurs tələbələri Ələt qəsəbəsində yerləşən Yeni Bakı Dəniz Ticarət Limanı Kompleksində ekskursiyada olublar. İqtisadi və sosial coğrafiya kafedrasının müəllimləri - S.Allahverdiyeva, M.Musayeva, N.Cəfərova və P.Orucovun rəhbərliyi altında baş tutan ekskursiya müddətində Bərə terminalının müdiri Elimdar Kərimov yeni limanın əməliyyat imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda limanın inşasının birinci fazası üzrə işlər yekunlaşdırılıb, terminalda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bərə Terminalına məxsus 13 bərə, 4 açıq anbar sahəsi, 12 yanalma körpüsü var, ümumi anbar tutumu  isə 800 min konteynerdir. Liman kompleksində işlərin böyük əksəriyyəti avtomatlaşdırılıb, yeni kranlar, yedək gəmiləri, yükqaldırıcı və yüknəqledici avadanlıqlar alınıb. E.Kərimov deyib ki, Ələtdə tikilən Yeni Liman karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statusunu əldə etməyə çalışır və bu məqsədlə əməliyyatlar zamanı yaranmış bütün tullantıların idarə edilməsi, emalı və kənarlaşdırılmasına imkan yaradacaq tərzdə layihələndirilib. Almaniyadan gətirilmiş qurğular və avadanlıqlarla təmin olunacaq yeni Bakı Limanını regionun ən müasir və texnoloji cəhətdən qabaqcıl limanı adlandırmaq olar.

Daha sonra tələbələr liman kompleksi ərazisində yerləşən bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıqsaxlama sahəsi, anbarlar, konteyner meydançası və  digər infrastruktur tikililər ilə tanış olublar. Ekskursiya zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub