BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
329 16-11-2018

BDU-da “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. Tələbə elmi seminarının rəhbəri, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının  II kurs magistrantı Aygün Əliyeva tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.

Mövzu üzrə məruzə edən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Günay Əliyeva müasir dövrdə internetin dilə, xüsusən yazılı nitqə təsirindən danışıb. O, internetdə, əsasən, sosial şəbəkələrdə yazılı nitqdə fikrin ifadəsinə xidmət edən və əsas ünsiyyət vasitəsinə çevrilən piktoqrafik və ideoqrafik ifadələrdən, simvollardan və onların dilə təsirindən ətraflı söz açıb, bu cür mesajlaşmanın faydalı və zərərli tərəfləri barəsində məlumat verib.

Sonra mövzu üzrəopponentlər- Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Aytən Əkbərli çıxış edərək,tədqiqat işinin əhəmiyyətindən danışıb, məruzə ilə bağlı irad və təkliflərini səsləndiriblər.

Dosent Rəhilə Quliyeva çıxışında TEB-in belə seminarlar keçirməsini, tələbələrin elmi fəaliyyətdəki aktivliyini yüksək qiymətləndirib, mövzu ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra TEB-in sədri Pərvin Eyvazov, sədr müavini, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Murad Əmənov, III kurs tələbəsi Aytən Şamilova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2018-ci il.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub