BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
212 16-11-2018

BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

2025-ci ildə keçiriləcək Ümumdünya Expo Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Sərginin prioritet mövzusu olaraq seçilmiş insan kapitalının inkişafı məsələlərinə dair elmi əsasların gücləndirilməsi məqsədilə məqalə müsabiqəsi təşkil edilib.

Elmi məqalə müsabiqəsinin mövzusu “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” adlanır. Müsabiqədə yaşı 35-ə qədər olan ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvləri, o cümlədən, doktorant, dissertant və magistrantlar iştirak ediblər. Müsabiqə üç əsas mövzuya həsr olunub: təhsil, səhiyyə və məşğulluq. 200-dən çox elmi məqalə içərisində BDU-nun Filologiya fakültəsinin doktorantı Ayşən Sadıqlının məqaləsi II yerə layiq görülüb. O, Sertifikat, ödül və pul mükafatı ilə təltif edilib.

Qeyd edək ki, A.Sadıqlı “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın-“Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, biri xaricdə olmaqla 18 məqalənin, 17 tezisin və  3 kitabın ön sözünün müəllifi, 4 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 4-ü beynəlxalq olmaqla 19 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 20 elmi konfransda məruzə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 16 noyabr 2018-ci il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub