BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
268 12-11-2018

Akademik Qərib Məmmədov məruzə edib

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov “Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda məruzə edib. BDU-nun Ekologiya  və torpaqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, Aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, tərtibi prinsipləri barədə ətraflı danışıb. O, həmçinin interaktiv torpaq xəritələrinin, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsinin  və qeyd olunan mövzu ilə əlaqədar metodik göstərişin hazırlanması haqqında məlumat verib. Məruzəçi ilk dəfə olaraq hazırlanmış 1:600 000 miqyasında interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə  xəritələrini illüstrativ material kimi nümayiş etdirib.
Dekan, professor Nazim Şəmilov və Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı məruzə ətrafında çıxış edib, akademik Qərib Məmmədov və digər əməkdaşların bu istiqamətdə həyata keçirdikləri layihələri yüksək dəyərləndiriblər.


Mətbuat və informasiya şöbəsi, 12 noyabr 2018-ci il.

 

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub