BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1339 07-11-2018

Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib

Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifin önəmli bir mövzuya toxunduğunu deyib və kitabın müasir türk tarixindəki önəmindən danışıb. Daha sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri, eyni zamanda Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova çıxış edərək, Nurlan Ağanın həm gənc jurnalist, həm də tələbə kimi istedadlı olmasından söz açıb.

Kitabın müəllifi Nurlan Ağa tədbir iştirakçılarına təşəkkür edərək, kitabın ərsəyə gəlməsində ona köməklik edən müəllimlərinə minnətdar olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan məlumatlar KİV-də də yayımlanan xəbərlərin təhlil olunmuş formasıdır.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz çıxışında 15 iyul tarixində yaşanan hadisələrin – hərbi çevrilişə cəhdin canlı şahidi olduğunu bildirib. O, sözügedən olayın işıqlandırılması və məsələnin aydınlaşdırılmasında KİV-in rolundan danışıb və kitabın müəllifi Nurlan Ağaya təşəkkür edib.

Qeyd edək ki, Tədbirdə Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, MŞ-nin  idarə heyətinin üzvü Azər Həsrət, “AzNews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı, “Yeni Çag” Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Jurnalistika fakültəsinin dosentləri Qərənfil Dünyaminqızı, Vəfa İsgəndərova, fakültənin magistrantı Aynurə Vəliyeva çıxışlarında tədqiqat işi və müəlliflə bağlı fikirlərini bölüşüblər.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2018-ci il.

Digər yazılar

Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb

TGT "Ağ ölüm" adlı seminar keçirib

BDU TGT üzvləri konfransda iştirak ediblər

BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub

Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub

Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib

BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

Fizika fakültəsində intellektual oyun

BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib

BDU-da intellektual oyun keçirilib

BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib

BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib

BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib

BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə

BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər

BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib

Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

BDU-da tələbələr üçün seminar keçirilib